Analıq məzuniyyəti müavinətinin hesablanmasının düsturu necədir? (MİSALLA İZAH)
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasını düstur halında təqdim etdiyimiz kimi, hamiləliyə və doğuma görə müavinətin də düsturunu veririk:
Müavinətin məbləği = ((əvvəlki 12 ayın qazancı) / (əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı)
Əvvəlki 12 ayın qazancı - Müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzində işçinin aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxil olmaqla, cəmi əmək haqqı;
Əvvəlki 12 ayda iş günlərinin sayı - Müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzindəki iş günlərinin sayı əsas götürürlür İstehsalat təqvimndə aylar üzrə iş günlərinin sayı nəzərə alınır;
Müavinət dövründəki iş günlərinin sayı – İşçinin xəstəlik dövründəki iş günlərinin sayı.
İndi misal üzərində tərtib etdiyimiz düstura uyğun hesablama aparaq və düsturun hər bəndi barədə izahat verək.
MİsaL 1. Həftədə 5 günlük iş rejimində fəaliyyət göstərən “A” MMC-nin işçisi, 5 illik stajı olan Qasımova Gülnarə xəstəlik vərəqəsi təqdim edir ki, 15 mart 2021-cu il tarixdən əmək qabiliyyətini 126 gün itirəcək. Düstürda istifadə olunan göstəriciləri müəyyənləşdirək.
- Əvvəlki 12 ayın qazancının hesablanması
Qasımova Gülnarənin əmək haqqı 700 manatdır və son 12 ayda dəyişməz olduğundan son 12 aylıq gəliri 8 400 manat (700 manat x 12 ay) təşkil edib.
- Əvvəlki 12 ayda olan iş günlərinin sayının hesablanması
İşçi fevral ayında xəstələndiyi üçün son 12 aylıq (1 fevral 2020 - 31 yanvar 2021-cu il) dövrü əhatə edən iş günlərinin sayı 241 gün olub.
Bir iş gününə düşən orta gündəlik qazancın məbləği isə 34,85 manat (8 400 manat / 241 gün) təşkil edir.
- c) Müavinət dövründəki iş günlərin sayının hesablanması
Xəstəlik vərəqəsinə əsasən, işçi 15 fevral 2021-ci il tarixdən 20 iyun 2021-ci il tarixə kimi, ümumilikdə 126 gün işə çıxmayacaq. İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsinin başlanğıc tarixi 15 fevral 2021-cu ilə təsadüf edir. 15 fevral 2021 - 20 iyun 2020-ci il tarixlərinə kimi iş günlərinin sayı 79 iş günüdür.
İndi isə hesabladığımız göstəriciləri düsturda yerinə qoyaq.
Müavinətin məbləği = (((əvvəlki 12 ayın qazancı)/ (əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı) x (staj və kateqoriyaya görə faiz) = ((8 400 manat)/ 241 gün) x 79 iş gün = 2753, 53 manat.
Beləliklə, işəgötürən işçiyə analıq məzuniyyəti üçün 2753,53 manat müavinət hesablayır.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın