Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsində nələrə diqqət yetirilməlidir?

Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsində nələrə diqqət yetirilməlidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 69-cu, “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası” maddəsinin birinci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
Maddədən göründüyü kimi, işçi bir ay öncədən müraciət etməklə əmək müqaviləsinin xitamını tələb etmək hüququna malikdir. Və yaxud bir başqa şəkildə ifadə etsək, işdən çıxmaq üçün müraciət edən işçini işəgötürənnin bir aydan çox iş yerində məcburi saxlamaq hüququ yoxdur.
Mİsal. İşçi 5 mart 2021-ci il tarixdə müraciət edərək 5 aprel 2021-ci il tarixdə işdən azad edilməsini xahiş edir. Bu şərtlər daxilində işəgötürənin 5 aprel 2021-ci tarixdən sonra işçidən əmək funksiyanı tələb etməsi əmək mübahisəsinin yaranmasına səbəb olub.
Fikrimizcə, Əmək Məcəlləsində müəyyən edilmiş bir ay kifayətdir ki, işəgötürən ərizə ilə müraciət edən işçini işdən azad etsin. Əmək Məcəlləsinin 69-cu maddəsinin ikinci hissəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
Mİsal. İşçi 17 fevral 2021-ci il tarixdə ərizə ilə müraciət edərək 1 aydan sonra işdən çıxması haqqında müraciət edir. İşəgötürən təhvil təslim işlərini gec həyata keçirdiyi üçün anbardar vəzifəsində çalışan işçidən tələb edir ki, bir aylıq müddət bitəndən sonra əlavə 10 gün də işə çıxsın. Bu zaman işçinin hüququ var ki, işə çıxmasın və işəgötürəndən son haqq-hesabın aparılmasını tələb etsin. Amma tərəflərin razılığı ilə əmək müqaviləsinə xitamın tarixi daha 10 gün uzadıla (irəli çəkilə) bilər və bu, qanun pozuntusu deyil.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər