Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi iki misalla izahı

Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi iki misalla izahı

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 162-ci, “Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi” maddəsinin birinci hissəsinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Maddəyə əsasən müvəqqəti əvəzetməyə görə ödənilən əmək haqqının hesablanmasının iki üsulu var.

Əvəz edilən işçinin əmək haqqı əvəz edəndən yüksək olduğu halda özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Əvəz edilən işçinin əmək haqqı əvəz edənlə eyni və ya ondan az olarsa, bu halda əmək haqqına əlavə müəyyən edilib, verilir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən olunur.

Hər iki halı misallla izah edək:

Mİsal 1. Müştəri xidmətləri meneceri 500 manat əmək haqqı alır. 300 manat əmək haqqı alan ofisin inzibatçısı 5 gün müddətində müştəri xidmətləri menecerini əvəz edib. Fərz edək ki, əvəzetmə olan ayda 20 iş günü var. Bu zaman əvəz etməyə görə əmək haqqı aşağıdakı kimi hesablanır:

Əvəzetməyə görə əmək haqqı = ((əvəz olunan şəxsin əmək haqqı - əvəz edən şəxsin əmək haqqı) / iş günlərinin sayı) x əvəzetmə olan iş günlərinin  sayı = ((500 manat - 300 manat) / 20 iş günü) x 5 iş günü= 50 manat.

Deməli, əvəz edən işçinin əmək haqqının üzərinə iş yoldaşını 5 iş günü əvəz etməyə görə 50 manat əlavə hesablanacaq.

Mİsal 2. Kargüzarın əmək haqqı 400 manat təşkil edir. İşəgötürən kargüzarın məzuniyyətdə olması səbəbindən 10 iş günü ərzində onun əmək funksiyasının icrasını katibənin həyata keçirməsi haqqında əmr imzalayır. Katibənin əmək haqqı isə 450 manatdır.

Göründüyü kimi əvəz edən işçi əvəz edilən işçidən daha yüksək əmək haqqı alır. Bu halda artıq işçi və işəgötürənin razılığı ilə konkret məbləğ müəyyən edilir.

Misalın davamı olaraq hesab edək ki, işçi əvəz etdiyi hər iş gününə görə əmək haqqının 20 faizi qədər əlavə ödənilməsinə razılaşır. Bu zaman hesablama aşağıdakı kimi olacaq:

Əvəzetməyə görə əmək haqqı = (əmək haqqına müəyyən edilən əlavə / iş günlərinin sayı) x əvəzetmə olan iş günlərinin sayı = ((450 x 20 faiz) / 20 iş günü) x 5 iş günü = 22,50 manat.

Biz misalda 20 faizlik əlavə nəzərdə tutduq. Təbii ki, hər iki tərəfin razılığı ilə bu əlavə, 30 faiz və ya 50 faiz ola bilər. Əmək Məcəlləsi belə əlavənin döşəmə və ya tavan məbləğini müəyyənləşdirmir, bu işi işəgötürən və işçinin öhdəsinə buraxır. Bir məsələni də unutmaq olmaz ki, əlavənin məbləği əsaslandırılmış və ağlabatan olmalıdır.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər