Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi hansı tarixdən başlayır?

Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi hansı tarixdən başlayır?

Satışına start verilən “Əməyin uçotu:A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 49-cu, “Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” maddəsinin birinci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Maddədə diqqət yetiriləsi dörd vacib məqam var.

….

Dördüncü məqam. Öncə əmək müqaviləsi imzalanmalıdır, sonra məlumatlar elektron informasiya sisteminə daxil edilməlidir.

Bəzi həmkarlarımızda belə fikir formalaşıb ki, əmək müqaviləsinin elektron qeydiyyatı varsa, o zaman yazılı əmək müqaviləsinə ehtiyac yoxdur. Bu fikir doğru deyil. Əmək müqaviləsi əmək münasibətlərini rəsmiləşdirən və hər iki tərəfin imzaladığı rəsmi sənəd oduğu üçün tərtib olunması mütləqdir. Sadəcə, əmək münasibətlərinin qüvvəyə minməsi üçün əmək müqaviləsi bildirşinin elektron qeydiyyata alınması mütləq şərtdir.

Son zamanlar kağız formada tərtib olunan əmək müqavilələrinin ləğv ediləcəyi ilə bağlı rəsmi fikirlər səsləndirilsə də, hazırda qanunvericilikdə yazılı əmək müqaviləsinin olması ilə bağlı tələb mövcuddur.

Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-2-ci bəndinə əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər