İşçilərin kütləvi şəkildə ödənişsiz məzuniyyətə buraxılması hansı hallarda mümkündür?

İşçilərin kütləvi şəkildə ödənişsiz məzuniyyətə buraxılması hansı hallarda mümkündür?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Təcrübədə rast gəlinən hallardan biri də işçilərin qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxılmasıdır. Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.

Maddədən göründüyü kimi, işçilərin qrup şəklində ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxılmasının konkret əsasları olmalıdır. Bu əsasların içərisində işəgötürənin təqsiri istisna olunur.

Misal. Kür çayının daşması nəticəsində istehsal müəssisəsinə gedən yoldakı körpü sıradan çıxıb. Fövqəladə Hallar Nazirliyindən alınan məlumata əsasən, körpünün bərpası 7 gün təqvim günə ərzində başa çatacaq. İşəgötürən əmr verir ki, bununla əlaqədar həmin istehsal sahəsində çalışan 10 nəfər işçi ödənişsiz məzuniyyətə buraxılsın.

Qeyd edək ki, işəgötürən işçiləri həm də ödənişli məzuniyyətə buraxmaq səlahiyyətinə də malikdir.

Sual oluna bilər ki, bu cür hallar üçün ödənişsiz məzuniyyətin tavan müddəti müəyyən olunub? Əmək Məcəlləsinin 146-cı maddəsində qeyd edilir ki, bu cür hallarda ödənişsiz məzuniyyətin müddəti işçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətin iki illik müddətinin cəmindən çox olmamalıdır.

Misal. İşəgötürən qərar verir ki, istehsalat qəzasının baş verməsi səbəbindən 3 işçi 2 aylıq, yəni 60 günlük ödənişsiz məzuniyyətə buraxılsın. Fəhlə vəzifəsində çalışan işçinin əsas məzuniyyəti 21 gün, əlavə məzuniyyətlərinin cəmi isə 10 gündür. İşçinin cəmi məzuniyyətinin 31 gün olmasına baxmayaraq, işçiyə 60 günlük məzuniyyətin verilməsi qanunauyğun hesab edilmir. Çünki Əmək Məcəlləsinə əsasən, işçinin ödənişsiz məzuniyyəti əsas məzuniyyətinin iki aylıq müddətinin cəmindən çox olmamalıdır. Bizim misalda işçinin ik aylıq əmək məzuniyyətinin cəmi 42 (21 gün x 2 ay) gün olduğu üçün, işçiyə 60 yox maksimum 42 gün ödənişsiz məzuniyyət verilə bilər.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. Şıxalı Dadaşov 27 Noyabr 2019

    Salam. İşçi ailə həyatı qurması göt ilə bağlı neçə gün məzuniyyətürə bilər? Həmin məzuniyyət vaxtı üçün işçiyə məzuniyyət pulu verilirmi?

Şərh yazın