Tam təqvim ayı işləməyən işçiyə də kompensasiya ödənilməlidir?

Tam təqvim ayı işləməyən işçiyə də kompensasiya ödənilməlidir?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Təcrübdədə ən çox müzakirə olunan hallardan biri də tam təqvim ayı çalışmayan işçilərə kompensasiyanın ödənilib-ödənilməməsidir. Bu müzakirəyə səbəbiyyət verən Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsidir. Həmin hissəyə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Mütəxəssislər belə hesab edirlər ki, həmin maddədə “işçinin  faktik işlədiyi tam təqvim ayları” məfhumu olduğu üçün kompensasiya ödənilməsi üçün işçinin tam ay işləməsi vacibdir.  Fikrimizcə, işçinin neçə gün işləməsindən asılı olmayaraq, ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməlidir. Çünki işçi işə başladığı andan işlədiyi gün və ya aylara görə məzuniyyət hüququ əldə edir. İşçinin ilk iş ilindəki 6 ay məsələsi məzuniyyət hüququndan istifadə ilə bağlıdır. Məzuniyyət günlərinin sayı isə işlədiyi dövrə uyğun formalaşır.

Misal. İşəgötürən 1 oktyabr 2019-cu il tarixdə işə qəbul olunan, 30 günlük məzuniyyət hüququna malik işçinin əmək müqaviləsinə 14 gündən sonra xitam verir. 14 günə düşən məzuniyyət günlərini tapmaq üçün iki mərhələli hesablamadan istifadə edək. İlk olaraq bir aya düşən məzuniyyət günlərinin sayını tapaq:

1 aya düşən məzuniyyət günləri  = 30 gün/12 ay= 2,5 gün

İşçinin işlədiyi oktyabr ayında təqvim günlərin sayı 31 gündür. Bu zaman istifadə edilməmiş məzuniyyət günlərinin sayı 1,13 gün (2,5 gün x 14 gün) / 31 gün) təşkil edəcək.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın