Hansı hallarda işçiyə müavinət hesablanmır? ( 2 hal üzrə MİSALLA izah)

Hansı hallarda işçiyə müavinət hesablanmır? ( 2 hal üzrə MİSALLA izah)

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Əsasnaməyə görə, bəzi hallar üzrə işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda ona müavinət hesablanmır. Sənədin 25-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

- 6 ay sosial sığorta stajı olmayan şəxslərə.

Açıqlama: Bu məsələdə diqqət yetirəsi əsas iki məsələ var: sosial staj və 6 ay.

Sosial stajla əmək stajını fərqləndirmək lazımdır. Sosial staj dedikdə, işçiyə məcburi dövlət sosial ayırması hesablanmasının tarixçəsi nəzərdə tutulur.

Misal. ilk iş yeri olan “A” MMC-də 7 ay çalışan işçi 3 ay ödənişsiz məsuniyyətdə olub. İşçinin iş stajının 7 ay olmasına baxmayaraq, onun sosial sığorta stajı 4 ay hesab edilir. Çünki işçi ödənişsiz məzuniyyətdə olduğu dövrdə ona sosial ayırma hesablanmır. Əgər işçi işlədiyi dövrün 8-ci ayında əmək qabiliyyətini itərərsə, ona əmək qabiliyyətini itirilməsinə görə müavinət hesablanmayacaq. Çünki hələ 6 aylıq sosial staja malik deyil.

6 ay müddətə gəlincə isə, bu məsələdə işəgötürənlərinin əsas yanlışlığı həmin müddətin işlədiyi təşkilata münasibətdə tətbiq edilməsidir.

Misal. “A” MMC-nin işçisi Quliyev Mehmanın 2 illik sosial sığorta stajı olmasına baxmayaraq, təşkilatda 3-cü aydır işləyir. İşç əmək qabiliyyətini itirdiyi üçün xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. Bəzi işəgötürənlər düşünürlər ki, işçinin təşkilatda işləməsi müddəti (və ya sosial sığorta stajı) 6 aydan az olduğu üçün ona müavinət hesablanmamalıdır. Əslində isə, işçinin əvvəlki 2 illik sosial sığorta stajı kifayət edir ki, hətta yeni iş yerində 1 gün belə işləsə,  əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ona müavinət hesablansın.

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə.

Açıqlama: “A” MMC-də çalışan işçi öz hesabına 3 aylıq ödənişsiz məzuniyyət götürür. İşçi ödənişsiz məzuniyyət dövründə əmək qabiliyyətini itirməsi haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. İşçiyə ödənişsiz məzuniyyət dövründə əmək haqqı hesablanmadığı üçün, müavinətə görə də ödəniş həyata keçirilməyəcək.

Başqa bir misalı nəzərdə keçirək. Uşağa qismən qulluq məzuniyyətində olan işçi həmin dövrdə əmək qabiliyyətini müvəqqəti itirir. Bu halda da, işəgötürən müavinət hesablamamalıdır. Çünki məzuniyyət dövründə işçiyə ödənilən aylıq məbləğ DSMF tərəfindən həyata keçirilir və həmin dövr üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

 

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın