Məzuniyyət haqqı gec ödənilən işçi nə etməlidir?

Məzuniyyət haqqı gec ödənilən işçi nə etməlidir?

Yaxın zamanlarda satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından növbəti seçmə

Qeyd etdiyimiz kimi, Əmək Məcəlləsinə 140-cı maddəsinin 5-ci hissəsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Amma təcrübədə ən çox rast gəlinən hal qısa müddətli məzuniyyət haqqının məzuniyyətdən sonra ödənilməsidir.
Tövsiyəmiz odur ki, işəgötürənlər əmək qanunvericiliyinin 3 günlük müddət məsələsinə səthi yanaşmasınlar. Çünki Əmək Məcəlləsinin 140-ci maddəsinin 6-ci hissəsində qeyd edilir ki, əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.
Misal. “A” MMC-nin işçisi 10 oktyabr 2019-cu il tarixdən 10 günlük əmək məzuniyyətinə çıxır. İşəgötürən işçilərin yarım aylıq əmək haqqını hər ayın 15-də ödədiyi üçün qərara alır ki, məzuniyyətə gedən işçiyə veriləcək məbləği də həmin tarixdə ödəsin. İşçinin 10 oktyabr 2019-cu il tarixdə məzuniyyətə çıxmasına baxmayaraq ödənişin 15 oktyabr 2019-cu ildə edilməsi ilə bağlı işəgötürənə qarşı 140-cı maddədə nəzərdə tutulan iddianı qaldırmaq hüququ var.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

 

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın