Direktorun səlahiyyətlərinin həvalə olunması nə zaman və necə rəsmiləşdirilir?

Direktorun səlahiyyətlərinin həvalə olunması nə zaman və necə rəsmiləşdirilir?

Direktorun məzuniyyətdə olduğu müddətdə səlahiyyətlərinin işçilərdən kiməsə həvalə olunması aktual məsələlərdəndir. Təqdim etdiyimiz əmr formasında haqlı olaraq bu məsələni də əhatə etdik. Bəzən praktikada belə hallara rast gəlinir ki, direktor məzuniyyətdə olsa belə, maliyyə və digər xarakterli sənədləri özü imzalayır. Bu, doğru deyil! Qanunvericilik direktorun məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi və ezamiyyətə getdiyi müddətdə təşkilatın maliyyə sənədlərini imzalamasını istisna edir.

Məhz buna görə də direktor məzuniyyətdə olduğu müddətdə təşkilatın fəaliyyətinin axsamaması üçün rəhbərin funksiyaları başqasına həvalə olunmalıdır. Adətən, böyük təşkilatlarda direktorun səlahiyyətləri onun müavininə həvalə olunur. Belə təşkilatlarda direktorun səalhiyyətlərinin həvalə olunması məsələsi təşkilatın nizamnaməsində və ayrı-ayrı vəzifələr üçün qəbul edilən daxili normativ aktlarda – vəzifə təlimatlarında əks etdirildiyindən direktorun səlahiyyətlərinin müvəqqəti həvalə olunması üçün ayrıca əmrin verilməsinə ehtiyac qalmır, məzuniyyət əmrində ayrıca bənd kimi qeyd olunur.

Yuxarıdakı məzuniyyət əmrində direktorun səlahiyyəti onun müavininə həvalə olunub. Ancaq bəzən praktikada direktorun səlahiyyətlərinin bir neçə şəxsə həvalə olunmasına (bölüşdürülməsinə) də rast gəlinir ki, bu, qanunidir. Sadəcə, hansı səlahiyyətlərin kimə həvalə olunması bu məqsədlə hazırlanmış əmrdə dəqiq şəkildə əks etdirilməlidir.

Kiçik təşkilatlarda müavin ştatı nəzərdə tutulmadığından səlahiyyətlərin həvalə olunması prosedurları bir qədər fərqli olur. Bu zaman səlahiyyətlər hər hansı bir işçiyə həvalə oluna bilər və səlahiyyətlərin ötürülməsi üçün ayrıca əmrin verilməsi mümkündür (Belə əmrin nümunəvi forması aşağıda təqdim olunur). Direktorun səlahiyyətləri həvalə olunmuş işçi rəhbər məzuniyyətdə olduğu müddətdə sənədləri imzalayır, müəssisənin mülkiyyəti haqqında sərəncam verir, yeni işçilərlə əmək müqaviləsi bağlayır, işçini işdən azad edir və sair. Demək istədyimiz odur ki, belə əmr müəssisənin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əsas sərəncamverici sənəd sayılır.

 

Blank “Alov” MMC

ƏMR

№________

 

Xaçmaz şəhəri                                                                                                                                                                                                                                    ____ ___________________2019-cu il

 

Direktorun əmək məzuniyyətində olduğu müddətdə
səlahiyyətlərinin həvalə olunması haqqında

 

Alov” MMC-nin direktoru Nəbili Nüsrət Nadir oğlunun 1 iyun 2019-cu ildən 30 iyun 2019-cu ilə kimi 30 təqvim günü müddətində əmək məzuniyyətində olmasını nəzərə alaraq

ƏMR EDİRƏM:

 

  1. “Alov” MMC-nin direktorunun nizamnamə ilə nəzərdə tutulan bütün səlahiyyətləri məzuniyyətdə olduğu müddətdə Cəmiyyətin Marketinq şöbəsinin müdiri Əlizadə Nicat Həşim oğluna həvalə olunsun.
  2. Cəmiyyətin baş mühasibi Səlimova Sultanə Samir qızına tapşırılsın ki, Əlizadə Nicat Həşim oğlunun əmək haqqına direktorun səlahiyyətlərinin icra etdiyi müddətdə 500 manat (beş yüz manat) əlavə hesablanaraq ödənilsin.
  3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağıyeva Nazilə Səmədağa qızına tapşırılsın.

 

Direktor ________ Nəbili N.N.

 

Əmrlə tanış oldum:

Marketinq şöbəsinin müdiri ________Əlizadə N.H.

Tarix: _______

 

Baş mühasib ________Səlimova.S.S.

Tarix: _______

 

 

Bəzən təşkilatlarda direktorun məzuniyyətdə və ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxtlarda əmrlə kifayətlənməyib, direktorun səlahiyyətlərini həyata keçirən şəxsə etibarnamə də təqdim edirlər. Bu onunla izah olunur ki, əmr daha çox təşkilatdaxili fəaliyyətləri tənzimləmək üçündür, etibarnamə isə təşkilatlararası əlaqələrdə, kontragentlərlə münasibətlərdə səlahiyyətləri icra edən şəxsin səalhiyyətlərinin təsdiqi (sübutu) kimi çıxış edir.

Mülki Məcəllənin tələblərinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamənin hüquqi qüvvəsi yoxdur. Etibarnamənin nümunəvi formasını təqdim edirik...

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

5 Komment

  1. Fərhad 24 Mart 2020

    Salam. Əmək məzuniyyətinə çıxan direktorun məzuniyyət əmrini kim verməlidir?

  2. Fatima 30 İyun 2022

    Salam.Mezuniyyete cixan direktorun emrini kim vermelidi?

  3. [email protected] 29 Dekabr 2022

    Salam Direktor haqsiz yere qiymet kese bilermi??? Muellimenin yazidgi qiymetlere mudaxile ede bilermi???

  4. [email protected] 29 Dekabr 2022

    Salam Direktor haqsiz yere qiymet kese bilermi??? Muellimenin yazidgi qiymetlere mudaxile ede bilermi???

  5. Nərmin 20 Fevral 2023

    Salam. Məzuniyyətə və digər qanunvericilikdə göstərilməyən hallar olduğda bəs necə tənzimlənir? yəni məsələn xəstədir xəstəlik vərəqəsi acib və s

Şərh yazın