Sosial sığorta kartı fiziki olaraq təqdim edilməmiş ödənilən məbləğlər kapitalda əks olunur?
"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
Təcrübədə rast gəlinir ki, işçi işə qəbul olunduqdan 3-4 ay sonra ona sosial sığorta şəhadətnaməsi təqdim edilir. Maraqlıdır ki, işçiyə həmin müddət ərzində hesablanan məbləğlər kapital hesabında əks olunmur.
Ümümiyyətlə, işçinin sosial kapital hesabatında məlumatların əks olunması ilk növbədə mühasibatlıq bölməsindən asılıdır. Misal. “A” MMC-də 3 işçi çalışır. Direktor, mühasib və ofis menecerinin əmək haqları müvafiq olaraq 1000, 500 və 300 manat olmaqla cəmi 1 800 manat təşkil edir. Fərz edək ki, bu əmək haqqı fonduna görə hesablanan cəmi sosial ayırma 450 manat təşkil edir.
Mühasibatlıq bölməsi işçilərin gəlirləri və hesablanan sosial ayırmalar haqqında hesabatı vergi orqanlarına (2006-cı ilin birinci rübündən 2018-ci ilin 4 rübünə qədər DSMF orqanlarına) təqdim edəndə həmin gəlirləri işçilər arasında bölməklə, ödənilən sosial ayırmaları da müvafiq olaraq işçilərə uyğun müəyyən edirlər. Yəni, əmək haqqı üzrə hər hansı səhv yerdəyişmə olarsa, o zaman sosial sığorta şəhadətnaməsində qeyd edilən məbləğdə də yalnışlıq baş verəcək.
Bundan əlavə, elektron hesabat dövründən öncəki kağız formada təqdim edilən illik B3 hesabatlarının işəgötürən tərəfindən təqdim olunmaması və ya dövlət qurumları tərəfindən daxil edilməməsi hallarına da rast gəlinib.
Bu səbəbdən də, sığortaolunanlara tövsiyəmiz odur ki, yuxarıda qeyd edilən formada öz e-gov.az və ya e-sosial.az saytlarından illər üzrə kapitallar haqqında məlumatları dəqiqləşdirsinlər. Hər hansı fərq yaranarsa, həmin dövr üzrə işəgötürənlərə müraciət etsinlər. Əgər işəgötürənlə bağlı fərqlilik yaranarsa, o zaman dövlət sosial müdafiə orqanlarına müraciət etmək lazımdır. Həmin dövlət qurumundan lazımi nəticə alınmadığı halda məhkəməyə müraciət edilməsi məqsədəuyğundur.
Sosial sığorta şəhadətnaməsinin gec verilməsi səbəbindən məbləğlərin kapitalda əks olunmasına gəlincə isə, sosial sığorta nömrəsi olmadan borcalanın şəxsiyyət vəsiqəsi əsasında məlumatlar dövlət qurumlarına təqdim edilir. Dövlət qurumları da həmin məlumatları sonradan sosial sığorta şəhadətnaməsində qeyd edilən uçot nömrəsinə inteqrasiya edirlər. Bir məsələni də qeyd edək ki, son dövrlər Sosial sığorta şəhadətnaməsinə müraciət etdikdən sonra kart gec verilsə də, SSN nömrəsi bazada daha operativ qeyd edilir.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
6 Komment
Vahid 28 Aprel 2020
HÜMBƏTOV VAHİD MESİ 10.04.1958 AZƏRBAYCAN AĞDAM 1004195802912
Bayramova Sevər 17 İyul 2020
Salam mən 2 il işlədim sosial kart verilmədi mənə. Hər dəfə soruşurdum hazır olmayıb deyilirdi.
İbrahim Kazımov Aqahuseyn 28 Sentyabr 2020
Mənim sosial sığorta kartını haradan goturum
İbrahim Kazımov Aqahuseyn 28 Sentyabr 2020
Mənim sosial sığorta kartını haradan goturum
turkane 06 Oktyabr 2020
isciye sosail sigorta karti vere bilmirem e-gov.azdan
Tavat 05 Mart 2023
Salam. Mənim sosial kartim itib. Mən hara müraciət edə bilərəm.
Şərh yazın