İşçinin əmək haqqı dəyişikliyini bazada düzəltmədikdə cərimə hesablanır?

İşçinin əmək haqqı dəyişikliyini bazada düzəltmədikdə cərimə hesablanır?

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

Praktiki olaraq rastlaşdığımız məsələlərdən biri də əmək müqaviləsi üzrə məlumatların ƏƏSMN-in bazasına daxil edilməsindən sonra baş verən dəyişikliklərin vaxtında sistemə işlənilməsidir. Mühasiblər, kadrlar üzrə mütəxəssislər ilkin olaraq əmək müqaviləsini sistemə salırlar, amma sonradan əmək haqqının artması və ya azalması, iş rejiminin dəyişdirilməsi, vəzifənin dəyişdirilməsi və digər bu kimi halları sistemə ya ümumiyyətlə daxil etmirlər, ya da gec daxil edirlər. Hərəkətlərini də belə əsaslandırırlar ki, dəyişiklərin sistemə salınmaması və ya gec salınmasına görə heç bir maliyyə sanksiyası və ya inzibati cərimə nəzərdə tutulmur.

Qeyd olunan məsələ Əmək Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. İlkin olaraq Əmək Məcəlləsinin 49-cu maddəsinə baxaq.

Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi

  1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Bu maddə ilə bağlı açıqlamaları təqdim etdiyimizdən, ancaq bir neçə vacib məqama toxunmaq istəyirik. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anlamı təkcə ilkin müqavilənin sistemə daxil edilməsindən ibarət deyil. Hüquqi qüvvəyə minmə dedikdə, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və xitam verilməsi başa düşülür. Qeyd etdiyimiz kimi 3 halda məlumatlar sistemə daxil edilməli və bildiriş əldə olunmalı və bundan sonra sənəd hüquqi qüvvəyə minmiş sayılır.

İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsini bir daha nəzərdən keçirib, cərimələrin tətbiq edilməsinə aydınlıq gətirək.

Bu maddəyə görə inzibari cərimə əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən işçini hər hansı bir işə cəlb etdikdə tədbiq olunur. Yəni, yuxarıda sadaladığımız 3 halda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əməliyyat baş verərsə, cərimə tədbiq ediləcək.

Misal. Tutaq ki, işçinin ilkin əmək haqqı 01.09.2019-cu ildə 500 manatdan 800 manata qaldırılıb. Bu zaman ƏƏSMN-in bazasında 01.09.2019-cu ildə dəyişiklik edilməli, bildiriş əldə olunmalı və bundan sonra mühasibatlıq bu dəyişiklik üzrə hesablamalar aparmalıdır.

Və yaxud tutaq ki, bu dəyişiklik üzrə əmr 01.09.2019-cu ildə verilib, amma kadrlar üzrə mütəxəssis bunu ƏƏSMN-in sisteminə 05.09.2019-cu ildə salıb və orada dəyilikliyin qüvvəyə minmə tarixini 01.09.2019-cu il kimi göstərib. Belə olan halda mühasibatlıq dəyişikliyin qüvvəyə minmə tarixini 01.09.2019-cu il  kimi qeyd etsə belə, yeni hesablamaları 05.09.2019-cu ildən aparmalıdır. Ona görə ki, sistemdən bildiriş 05.09.2019-cu ildə əldə edilib.

Odur ki, sahibkarlar bu məsələlərdə diqqətli olmalıdırlar.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın