Müəssisədə həmkarlar ittifaqı yaradılması üçün 3 VACİB MƏQAM

Müəssisədə həmkarlar ittifaqı yaradılması üçün 3 VACİB MƏQAM

Yaxın zamanlarda satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd edilir ki, işçilərin nümayəndəli orqanı dedikdə,  əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri) başa düşülür. Maddədən göründüyü kimi, həmkarlar ittifaqlarının yaradılması könüllük prinspləri əsasında formalaşır, hər hansı orqan məcburi həmkarlar ittifaqının yaradılmasına məcbur edilə bilməz. 

İndi isə həmkarlar ittifaqının yaradılması ilə bağlı vacib məqamları qeyd edək:

  • Həmkarlar ittifaqı təkcə işçilər tərəfindən yaradılan qurum deyil.

“Həmkarlar ittifaqları haqqında” AR Qanuna qeyd edilir ki, nəinki işçilər hətta pensiyaçılar və təhsil alan şəxslər birləşərək həmkarlar ittifaqı təşkilatını təsis edə bilərlər.

  • Həmkarlar ittifaqı yaradılması üçün minimal say tələbi var.

Qanunda qeyd edilir ki, ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.

  • Həmkarlar ittifaqının yaradılması üçün rəhbərlikdən icazə alınmasına ehtiyac yoxdur.

Qanunda  bldirilir ki,  İşçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

 

 

1 Komment

  1. elnur ağazadə 11 May 2020

    həmkarlar ittifaqının fəaliyyətinin dayandırılmasına səbəb

Şərh yazın