- 1 Komment
- 24 Sentyabr 2019
Əksər HR-ların əmək kitabçasının işçiyə verilməsində səhv etdiyi MƏQAM
27 sentyabr 2019-cu il tarixdən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
İndi isə işəgötürən tərəfindən işçiyə əmək kitabçalarının hansı formada təqdim olunması hallarını nəzərdə keçirək.
Qaydalara əsasən, əmək kitabçasının işdən çıxan işçiyə verilməsinin konkret müddəti müəyyən edilib. Belə ki, əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilməlidir.
Misal: “A” MMC-də çalışan Məmmədov Rahibin işdən çıxma tarixi 30 sentyabr 2019-cu il tarixi qeyd edilib. Deməli əmək kitabçası da həmin tarixdə təqdim olunmalıdır, əks halda işəgötürəni məsuliyyət daşıyır. Əmək kitabçası təqdim edilməsi mümkün olmadığı halda, işçiyə həmən gün bildiriş göndərilməsi vəya imzalatdırılmalıdır. Demək olar ki, əksər HR-larımız bu prosesi həyata keçirmirlər.
Digər hal da işçinin vəfat etməsi halıdır ki, bu zaman həmin əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir.
Əmək kitabçası hansı hallarda poçtla göndərilməlidir?
Təcrübədə rast gəlinir ki, işəgötürən filial şəbəkəsi malik olur və işdən çıxan işçisi baş ofisə gələ bilmədiyi üçün əmək kitabçası poçtla göndərilir. Və ya işçi əmək kitabçasının götürməkdən imtina etdiyi üçün əmək kitabçasının onun ünvanına poçtla göndərilir. Fikrimizcə, bu cür halların olması əmək kitabçaları ilə düzgün rəsmiləşdirmə sayılmır. Cünki, qaydalarda qeyd edilir ki, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Amma işçi əmək kitabçasının işdən çıxan günün əldə etmirsə, o zaman ona poçt vasitəsilə bildiriş göndərilir.
Misal: Baş ofisi Bakıda olan “A” MMC-nin Mingəçevir filialının əməkdaşı Quliyev Mehman işdə çıxır. Mehmanın baş ofisə gəlmək imkanı olmadığı üçün, əmək kitabçasının əldə edə bilmir. Bu zaman işəgötürən ona bildiriş imzalatdırır ki, əmək kitabçasını Bakı şəhərində “Caspi” Plazadan əldə edə vəya razılığı ilə poçtla göndərilə bilər. Mümkündür ki, Mehman son iş günü işdə olmasın vəya bildiriş təqdim edilməsin. Bu zaman artıq həmin bildiriş poçt vasitəsiylə işdən çıxan günü göndərilməlidir.
İşçinin razılığını təsdiq edən hər hansı sənəd olmadan əmək kitabçasının poçtla göndərilməsi qanunaziddir.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
1 Komment
Aslan 13 Avqust 2021
Salam əyər işə götürən əmək kitabçasının vaxtında vermirsə nə etmək lazımdır?məsələn üc aydır işmə xitam verilib amma əmək kitabçası vermirlər deyir hələ ki hazır deyil.cox saqolun
Şərh yazın