Başqa işə keçirmə, müvəqqəti başqa işə keçirmə və əmək funksiyasının icrası necə tənzimlənir?

Başqa işə keçirmə, müvəqqəti başqa işə keçirmə və əmək funksiyasının icrası necə tənzimlənir?

20 sentyabr 2019-cu il tarixdən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

İşçinin başqa işə keçirməsi, müvəqqəti başqa işə keçirmə vəya başqasının əmək funksiyasını icrası kimi məsələlər müəyyən mənada oxşar olsa da, əmək qanunvericiliyin tələbləri fərqlidir.

Bu səbəbdən də, Əmək Məcəlləsinin 59,60 və 61-ci maddərlərinin tələbləri nəzərə  alınmaqla müqayisəli şəkildə təqdim edirik: 

 

Sıra

Tələb

Başqa işə keçirmə

Müvəqqəti başqa işə keçirmə

Başqa işçinin əmək funksiyasının icrası

Qeyd

1

İşçinin razılığı tələb olunur

Bəli

Xeyr

Bəli

 

2

Yeni əmək funksiyasının maximum müddəti

Müddət müəyyən edilmir

Maximum 1 aya

Boş vəzifə üzrə maximum 3 ay

 

3

Əmək münasibətlərinin rəsmiləşdirilməsi

əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla

əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla

Əmək müqaviləsinə əlaə

 

4

Əmək haqqının hesablnması

Yeni əmək haqqı müəyyənləşdirilir

işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla

Müəyyən səbəbdən  yerində olmayan hal zamanı aşağıdakı kimi hesablanır:

1) Əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

2)  Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

İşçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər