- 1 Komment
- 05 Sentyabr 2019
Fərqli yanaşma: "Natamam iş vaxtına görə minimum əmək haqqıdan aşağı maaş təyin oluna bilməz"
Rezident media qurumunun Maliyyə və insan resursları departamentinin rəhbəri Vazeh Cəmi işçilərə minimum aylıq əmək haqqıdan aşağı maaş verilməsi məsələsinə fərqli yanaşır: "Əmək qanunvericiliyinin tələbləri mülkiyyət və hüquqi formasından asılı olmayaraq bütün subyektlərə şamil edilir. Minimum aylıq əmək haqqının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamı 1 sentybar 2019-cu il tarixdən qüvvəyə minib. Müvafiq sərəncama əsasən minimum aylıq əmək haqqının miqdarı 250 manat məbləğində müəyyən edilib. Lakin yenə bu məsələ ətrafında haqq-hesab adamları fərqli yanaşmalarla çıxış edirlər. Bir qismi qeyd edir ki, minimum əməkhaqqının miqdarı 250 manat müəyyən edildikdən sonra, işçi ilə əmək müqaviləsi bağlanarkən natamam iş vaxtı seçilməklə 125 manat əməkhaqqı təyin etmək olar.
Qeyd etmək istəyirəm ki, “təyin etmək”lə “ödəmək” arasında fərq var və natamam iş vaxtının seçilməsi tərəflərin razılığı ilə, Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən icra edilir. Bu o demək deyil ki, natamam iş vaxtı seçilmişdirsə, onun Əmək Müqaviləsində 125 manat əmək haqqı təyin edilməlidir. Əgər müqavilədə həmin işçi üçün natamam iş vaxtı seçilmişdirsə, bu, artıq həmin işçinin aylıq iş normasına çevrilir və əmək müqaviləsində 250 manat minimum əməkhaqqı məbləği qeyd edilməlidir. Belə olan halda işçi əgər həftə ərzində 20 saat, gün ərzində 4 saat işləmişdirsə və bu rejim bir ay davam etmişdirsə, ayın sonu işəgötürən işçisinə 125 manat ödəyə bilər. Əgər işçi həftə ərzində 40 saat, gün ərzində 8 saat işləmişdirsə və bu rejim bir ay davam etmişdirsə, ayın sonu işəgötürən işçisinə 250 manat ödəməlidir. Əks tədirdə işçinin əmək hüququ pozulmuş olur və belə olan halda işəgötürənin məsuliyyəti qaçılmazdır. Fərqli əməliyyatlar işçilər arasında ayrı-seçkiliyə yol vermə kimi qiymətləndirilə bilər.
Əmək Məcəlləsinin 16-cı maddəsinin 3-cü hissəsində göstərildiyi kimi əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsində göstərildiyi kimi, Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsində göstərildiyi kimi aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Göründüyü kimi bu hal işçinin sosial təminatına bilavasitə təsir edərək, onun əmək məzuniyyəti haqqının azaldılmasına, istifadə edilməmiş əmək məzuniyyəti haqqının azaldılmasına, elektron hökümət portalından əldə edilən elektron arayışlarda əmək haqqının az inteqrasiya edilməsinə və bu səbəbdən işçilərin banklardan istehlak kreditlərinin, kreditlə evləri üçün məişət avadanlıqlarının alınması hüquqlarının pozulmasına, vəzifə və ştat vahidlərinin ixtisar edilməklə işçilərin işdən azad edildiyi an onların alacaqları sərbəstləşdirmə kompensasiyalarının azaldılmasına, məcburi dövlət sosial sığortası haqının ödənilməsində “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində göstərilən faiz dərəcələrinə təsir edərək pensiya kapitalının azaldılmasına, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən faiz dərəcələrinə təsir edərək işsizliyə görə müavinətin azaldılmasına və hətta işəgötürənin vergidən yayınmasına gətirib çixardır.
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində göstərildiyi kimi fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi vergidən azaddır. Bu halda da minimum əmək haqqı miqdarından aşağı əmək haqqı miqdarı ödənildiyi halda, ((250-200=50) 50 manat 14 faiz dərəcəsində gəlir vergisinə cəlb edilir), yəni 125 manat əmək haqqı ödənilirsə, heç bir vergidən söhbət gedə bilməz.
Ona görə ki, vəzifədən sui-istifadə etməklə 200 manat məbləğindən bilərəkdən azaldılır. Qeyd edək ki, neft sektoruna aid edilməyən özəl subyektlərdə çalışan işçilərin 8000 manatadək əmək haqları 7 il müddətinə gəlir vergisindən azaddır, lakin həmin subyektlərin dövlət satınalmaları zamanı əldə etdikləri vəsaitdən işçilərə ödədiyi əmək haqqı Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən vergiyə cəlb edilir.
Bu əməl İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 3-cü hissəsində göstərildiyi kimi - işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Vəzifəli şəxs dedikdə, bu, hüquqi şəxs yaratmadan fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, bələdiyyələrin, dövlət orqanlarının, kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndələridirlər. Haqq-hesab adamları bu yöndə müsbət təbliğat aparmalıdırlar ki, işçilərin hüquqları pozulmasın."
Zəruri qeyd: mks.az saytı fərqli mövqelərə hörmətlə yanaşır, bu məsələdə digər həmkarlarımızın da rəylərini dərc etməyə hazırdır. Məsələ ilə bağlı mks.az saytının ekspertlərinin yekun açıqlaması olacaq.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
1 Komment
Bakir 07 Sentyabr 2019
Salam. kitab neçəyədir?
Şərh yazın