Əmək müqaviləsi imzalanması zamanı 4 VACİB MƏQAM
"Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
Əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün istifadə olunan əsas sənəd əmək müqaviləsi hesab olunur. Əmək müqaviləsinin imzalanmasında iki tərəf iştirak edir: İşəgötürən və işçi.
İşçi ilə əmək müqaviləsinin imzalanması zamanı aşağıdakı tələblər gözlənilməlidir:
- Qadın əməyinin tətbiq qadağan olunan iş yerlərində xanımların işə qəbulu yolverməzdir.
Azərbaycan Respublikasının Baş nazirinin 20 oktyabr 1999-cu il tarixli və 170 saylı qərarı ilə qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısı müəyyənləşib. Həmin qərarın tam mətni kitabın üzərində olan CD-diskdə verilib. Fikrimizi daha aydın olunması üçün bu cür siyahıya aid edilən vəzifələrin bir neçəsini qeyd edirik: Dəmirçi-presləmə və termik işlərində pres və çəkiclərlə işləyən dəmirçi, tikinti, quraşdırma və təmir-tikinti işlərində qır əridən səyyar qurğuların maşinisti və s.
- Yaşı 18-dən az olan işçilərin müəyyən vəzifələrdə çalışmasına icazə verilmir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 58 nömrəli qərarı ilə Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı təsdiq edilib. CD-diskdə bu qərar da yerləşdiyi üçün az sayda vəzifələrin adını qeyd edirik: yüksək gərginlik elektrik mühərriklərinə xidmətlə məşğul olan elektrik mühərriki motoristi, çaxır, spirt, likör-araq məhsullarının və pivənin saxlanması və ticarəti ilə məşğul olan işçilər və s.
- Tibbi arayış olmadan bəzi vəzifələr üçün işçilərin işə qəbul olunması yol verilməzdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 nömrəli qərarı ilə işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı təsdiq edilib. Kitabın üzərindəki CD-diskddə qərarın tam mətni yerləşdirilib. Qeyd edək ki, bu tip vəzifələrə bütün tədris-tərbiyə müəssisələri, Uşaq və yeniyetmələrin (mövsümi) sağlamlıq müəssisələri, məktəbəqədər təhsil müəssisələrinin işçiləri və s. aid edilir.
- Fəaliyyət qabiliyyəti olmayan şəxslə əmək müqaviləsi imzalana bilməz
Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Qeyd edək ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli hesab edir.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın