Ərizə hansı hallarda yazılmalıdır və nələrə diqqət yetirilməlidir (Nümünəvi forma)

Ərizə hansı hallarda yazılmalıdır və nələrə diqqət yetirilməlidir (Nümünəvi forma)

"Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Təşkilat daxilində istifadə olunan ərizələr işçinin işə qəbulu, işdən azadlunması, başqa işə keçirilməsi, məzuniyyətə göndərilməsi, məzuniyyətdən geri çağrılması və digər məsələləri özündə əks etdirməklə xahiş və təklif tonunda tərtib edilir.

Qanunvericilkdə ərizənin vahid forması təsbit olunmayıb. Onun yazılması ilə bağlı hər hansı qaydalar qoyulmasa da, müvafiq standartlarda sənəddə əks etdirilməli rekvzizitlər barədə az da olsa, məlumat var. Ərizədə müraciətin ünvanlandığı şəxsin adı, soyadı (atasının adı), vəzifəsi, eyni zamanda sənədi tərtib edənin adı, soyadı (atasının adı), imzası və tarix olmalıdır.  Bundan başqa, sənədin adı (Ərizə) da göstərilməlidir.

Ərizənin tərtibinin vahid qaydası olmasa belə, o çox mühüm sənəddir, bir çox vacib əmrlərin (sərəncamların) ərizəsiz rəsmiləşdirilməsi mümkün deyil. Əgər belə bir hal olarasa, həmin sənəd qeyri-qanuni tərtib olunmuş sayılır. Məhz buna görə də Azərbayacan Respublikası Əmək Məcəlləsinin 12, 69, 94, 127, 131, 138, 175, 197, 205, 243 və 290-cu maddələrində işçinin ərizəsindən bəhs edilir.

Adətən, ərizə rəhbərlik tərəfindən baxıldıqdan sonra onun üzərinə dərkənar qoyulur və ərizədə danışılan məsələ barədə icra ilə bağlı müvafiq şöbəyə tapşırıqlar verilir. Təcürbədə ərizəyə müəyyən sənədlərin əlavə olunmasına da rast gəlinir ki, bununla bağlı növbəti səhifələrdə nümunə verilib. Ərizədə onu tərtib edənin ünvanının və şəxsiyyət vəsiqəsi göstəricilərinin əks etdirilməsinə də təcrübədə rast gəlinir ki, bu, mütləq tələb olmasa da, yolveriləndir. Kadr məsələrindən kənar bəzi ərizə formaları var ki, onun forması qanunvericilik aktlarına əlavə kimi təsdiq olunub.

Nümunə (ödənişli məzuniyyətə çıxmaq haqqında):

“Alov” MMC-nin direktoru
cənab Nüsrət Nəbiliyə
mühəndis vəzifəsində işləyən
Əliyev Qəşəm Samir oğlu
tərəfindən

ƏRİZƏ

Xahiş edirəm, _______ iş ili üçün _____ təqvim günü müddətində olan növbəti ödənişli məzuniyyətimi ___ ______ 20__-ci il tarixindən __ _________20__-ci il tarixinə kimi təqdim edəsiniz.

_________ Əliyev Qəşəm Sabit oğlu

Tarix: ________ 

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı SATIŞDA

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

  Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın