Altay Cəfərovun təqdimatında: Müavinət hesablanması zamanı orta əmək haqqı necə müəyyən olunmalıdır (Misalla izah)

Altay Cəfərovun təqdimatında: Müavinət hesablanması zamanı orta əmək haqqı necə müəyyən olunmalıdır (Misalla izah)

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu "Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

İndi isə ixtisarla bağlı müavinətin verilməsi ilə bağlı orta aylıq əməkhaqqının hesablanılması ilə bağlı nümunələrə baxaq. Tutaq ki, işçi 01.02.2018-ci il tarixdən ixtisar nəticəsində işdən azad olunacaq və yuxarıda sadaladığımız bütün rəsmi prosedurlar həyata keçirilib. Bu zaman ona ediləcək ödənişlər necə hesablanır? İşçiyə işdənçıxarma müavinəti verilməsi üçün əvvəlcə orta aylıq əməkhaqqı müəyyənləşdirilməlidir. Əmək Məcəlləsinə əsasən, işçinin əvvəlki 2 ayda aldığı əməkhaqqı cəmlənir və həmin aylardakı iş günlərinin sayına bölünür. Alınan rəqəm əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.

Misal üçün i dekabr 2017-ci ildə işçinin aldığı əməkhaqqı 200 manat, iş günlərinin sayı 20 gündür, yanvar 2018-ci ildəki əməkhaqqı 220 manat, iş günlərinin sayı isə 21 gündür, onda işçinin birgünlük orta əməkhaqqı 10,24 manat ((200 + 220) / (20+ 21)) olacaq. Təşkilatda normal halda aylıq iş günlərinin sayının 22-yə bərabər olduğunu nəzərə alsaq, onda işçinin bir aylıq orta əməkhaqqı 225,28 manat (10,24 * 22 iş günü) olmalıdır.

Bir məqamı da qeyd edək ki, burada söhbət müavinətdən və orta aylıq əməkhaqqının mislindən getdiyindən, onları hesablayan zaman konkret hansı ayların iş günlərinin əsas götürülməsi göstərilmir. Ona görə də işçini işdən azad edən zaman Əmək Məcəlləsinin 77ci maddəsində nəzərdə tutulan ödənişləri hesablamaq üçün əsasən əvvəlki 2 aylıq əməkhaqqı cəmlənir və 2 aya bölünür. Bu halda işçiyə 210 manat ((200+ 220)/ 2 = 210) müavinət ödənilməlidir. Hər iki variantı oxuculara təqdim etməkdə məqsədimiz odur ki, qanunvericilikdə belə bir boşluğun olduğunu bilsinlər. Bizcə, sonuncu variantdan istifadə edilsə, daha yaxşı olar.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər