Əmək müqaviləsinə xitam üçün YENİ əsas: SAXTA SƏNƏDLƏR (11-ci yazı)

Əmək müqaviləsinə xitam üçün YENİ əsas: SAXTA SƏNƏDLƏR (11-ci yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinə 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. İlk on yazımızda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya , əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf bayram günləri, ezamiyyət, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçi və işəgötürən tərəfindən ləğv edilməsi ilə bağlı əlavə və dəyişikliklər haqqında məlumat vermişdik.

Bu yazımızda Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğvi ilə təklif edilən digər dəyişikliklər haqqında məlumat verəciyik.

Ötən yazımızda qeyd etdiyimiz ki, əmək müqaviləsininin xitamının əsaslarına yalnız Əmək Məcəlləsinin 68-ci maddəsində birləşdirilməsi təklif olunur.

Əmək müqaviləsinə xitamına əsas verən işçi və işəgötürən tərəfindən olmaqla yanaşı aşağıdakı hallar da əsas verəcək:

  • əmək müqaviləsinin müddətinin qurtarması;
  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • mülkiyyətçinin dəyişməsi ilə əlaqədar (Əmək Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
  • tərəflərin iradəsindən asılı olmayan hallar:

    a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;


    b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;

Açıqlama: Bu bənd üzrə hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

c) əvvəllər işəgötürənlə əmək müqaviləsi bağlayaraq çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə;

Açıqlama: Bu dəyişiklik bir az redaktə xarakterlidir. Belə ki, cari Əmək Məcəlləsində həmin müəssisədə çalışan işçi qeyd edilirdisə, təklif olunan dəyişiklikdə isə, işəgötürənlə əmək müqaviləsi bağlayaraq çalışan işçi anlayışından istifadə olunub. 

ç) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə dayanıqlı itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə və əmək zəmanətinə və ya fərdi reabilitasiya proqramına uyğun olaraq onun digər uyğun iş yeri ilə təmin edilməsi mümkün olmadıqda;

Açıqlama: Bu dəyişiklikdə əlavə edilməsi təklif edilən hal əmək zəmanətinə və ya fərdi reabilitasiya proqramına uyğun olaraq onun digər uyğun iş yeri ilə təmin edilməsi mümkün olmadıqda variantıdır.

d) işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;

e) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə;

Açıqlama: Bu iki bənd üzrə hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

ə) saxta sənədlər əsasında işə qəbul edildikdə.

Açıqlama: Bu dəyişiklik yeni əlavədir. Artıq işçisinin təqdim etdiyi sənədlərin saxta olunması müəyyən olunarsa, bu əmək müqaviləsinə xitama əsas verəcək.

f) işçi vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə.

Açıqlama: Cari Əmək Məcəlləsinə müqayisədə bu bəndə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edilməsi halı da əlavə olunub.

Növbəti yazımızda  tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar üzrə əmək müqaviləsinə xitam halları haqqında məlumat verəciyik.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 

1 Komment

  1. Bagirova Vefa 24 Yanvar 2023

    salam .mence emek wertlerinin deywdirilmesi.sozunu de cixarmaq lazimdi.cunki bezi uzdeniraq idare rehberlerinin elinde esas indi de bu olacaq.deyecek men wertleri deywdirdim.uzerine yerimekle ele bir wertler qoyacaqlar ki ister istemez ziddiyet yaranacaq.mes.evvel qapida dururdusa deyecek indi de ayaqyolu temizle . deyende yox bawlayacaq ki iwden cixartdim emek wertlerini deywmiwdim cunki.yene de iwcinin huquqlari pozulacaq. eslinde ele qayda qoysaz iwe gotren haqsiz yere iwciye maddi menevi zerbeler virmaqla iwcinin iwsiz qalmasina sebeb olursa .onun ozunu iwden uzaqlawdirma qerari olsun ki her bir idare rehberi.vezifesinden sui istifede elemesin

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər