İşçinin ziyanına olan dəyişiklik: İşəgötürən YENİ 4 HAL üzrə işçini işdən RAHAT kənarlaşdıra biləcək (8-ci yazı)

İşçinin ziyanına olan dəyişiklik: İşəgötürən YENİ 4 HAL üzrə işçini işdən RAHAT kənarlaşdıra biləcək (8-ci yazı)

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Mks.az saytının ekspertləri dəyişiklikləri haqqında silsilə yazılar hazırlayır. İlk yeddi yazımızda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya , əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf bayram günləri, ezamiyyət, əmək müqaviləsinin müddəti, distant işlə və əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi ilə bağlı əlavə və dəyişikliklər haqqında məlumat vermişdik.

Bu yazımızda Əmək Məcəlləsində işçilərin işdən kənarlaşması ilə bağlı təklif edilən dəyişiklik haqqında məlumat verəciyik. Əmək Məcəlləsinin "İşçinin işdən kənar edilməsi" adlı 62-ci maddəsinə 2 əsaslı dəyişiklik nəzərdə tutulub. Birincisi, İşəgötürən tərəfindən işdən kənarlaşma hallarıının əhatə dairəsi artırılıb:

62-ci maddə üzrə:

1-ci hissənin ―ç bəndinin sonunda nöqtə işarəsi nöqtəli-vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ―d, ―e, ―ə və ―f bəndləri əlavə edilsin:

d) müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlim keçməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda;

e) icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə;

ə) əmək vəzifələrinin pozulması halının araşdırılmasına işçinin maneçilik yaratmaq imkanı olduqda;

f) bu Məcəllə ilə əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçi əmək funksiyasını kobud şəkildə pozduqda.;

Qeyd edək ki, cari Əmək Məcəlləsinə əsasən, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən aşağıdakı hallarda kənar edə bilər:
- işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda;
 - Əmək Məcəlləsinnin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə;
-  iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; [73]
-  insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. 

Artıq təklif olunan dəyişikliyə əsasən, 4 yeni hal həmcinin əmək vəzifələrinin pozulması halının araşdırması zamanı da işçi işdən kənarlaşdıra bilər.

İkinci dəyişiklik isə, işçinin işdən kənarlaşma müddəti ilə bağlıdır:

aşağıdakı redaksiyada 6-cı hissə əlavə edilsin:

6. İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halda yol verilən pozuntunun xarakteri, onun aradan qaldırılması imkanları və işçinin bununla bağlı nəticə çıxaraq hərəkətlərindən (hərəkətsizliyindən) asılı olaraq işəgötürən tərəfindən müəyyən edilir və bu müddətin vaxtından əvvəl ləğv edilməsinə yol verilir.

Təklif olunan yeni dəyişikliyə əsasən, artıq kənalaşdırma müddəti və ya müddətin ləğv olunması işəgötürən tərəfindən müəyyən olunacaq. Qeyd edək ki, Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən,  işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 

1 Komment

  1. Tamila 16 Yanvar 2019

    Salam. Səhifənizə abunə olmaq mümkündür?

Şərh yazın