Məktəblərdə Pedaqoji Şuranın iclasları necə rəsmiləşdirilməlidir?

Məktəblərdə Pedaqoji Şuranın iclasları necə rəsmiləşdirilməlidir?

Satışına START verilən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə

Pedaqoji Şuranın hər bir iclası xüsusi kitabda protokollaşdırılır. Pedaqoji Şuranın protokolları kitabı rəsmi məktəb sənədi kimi nömrələnir, qaytanlanır və tabe olduğu yuxarı orqanın rəhbəri və ya aidiyyəti qurum (səlahiyyətli şəxs) tərəfindən təsdiq olunur. Müzakirə edilən məsələlərlə bağlı hazırlanan məruzə və hesabatlar ayrıca saxlanılır. Pedaqoji Şuranın protokolları kitabı dövlət arxivinə verilmir, müəssisədə daimi saxlanılır. Protokol kitabı tam dolmayınca onun dəyişdirilməsinə, kitabda boş yerlərin və vərəqlərin saxlanılmasına icazə verilmir. Hər bir iclasın protokolunun sonunda şuranın sədri və katibi imza atır, möhür vurulur.

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin 11-ci maddəsi “Ümumtəhsil məktəbinə aid sənədlər” adlanır. Həmin maddədə qeyd olunur ki, ümumtəhsil məktəbində 2 növ sənədlərdən istifadə olunur:

  1. Tədris-pedaqoji sənədləri;
  2. Maliyyə-təsərrüfat sənədləri.

Tədris-pedaqoji sənədlərə şagirdin şəxsi işi, sinif jurnalı, dərsdənkənar məşğələ jurnalı, günüuzadılmış qrup jurnalı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, tam orta təhsil haqqında attestat blanklarının, qızıl və gümüş medalların uçotu və verilməsi kitabı, şagird kontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı, pedaqoji şuranın protokol kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı aiddir.

Maliyyə-təsərrüfat sənədlərinə isə məktəbin texniki pasportu, daxil olan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, məktəb daxilində inventar və materialların paylanmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı aiddir.

Tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, habelə məktəbə məxsus əmlakın mühafizəsi və təyinatına görə istifadəsinə cavabdehlik daşıyan şəxslər qanunvericiliyə əsasən məktəb direktorunun əmri ilə təyin olunurlar.

Pedaqoji və digər kateqoriyadan olan işçilər, təhsilalanlar və onların valideynləri (digər qanuni nümayəndələri) məktəbin əsas vəsaitlərinin, inventar-avadanlıqlarının və digər əmlakının korlanmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Qanunvericilikdən də göründüyü kimi, ümumi təhsil müəssisələrində sənədləşmə işinin sərhədləri genişdir. 1 yanvar 2016-cı ildən Azərbaycanda şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları Təhsil Nazirliyinin yeni yaradılan Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin tabeliyinə verildiyindən daxili sənəd dövriyyəsində yer tutan əsas sənədlər Pedaqoji Şuranın protokollarıdır.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

1 Komment

  1. Şəhla 03 Mart 2023

    Salam Karguzarlıq V nəşr neçəyədi və necə ıldə edə bilərəm

Şərh yazın