Baş mühasibi PMS Sertifikatına malik olmalı olan ictimai əhəmiyyətli qurumlar kimlər hesab edilir?

Baş mühasibi PMS Sertifikatına malik olmalı olan ictimai əhəmiyyətli qurumlar kimlər hesab edilir?

“Mühasibat uçotu” haqqında Qanunun 3-cü maddəsində qeyd edilir ki,  paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

Maraqlıdır ki, ictimai əhəmiyyətli qurumlar dedikdə hansı vergi ödəyiciləri nəzərdə tutulur? “Mühasibat uçotu” haqqında Qanunun 2.1.9-cu maddəsinə əsasən, ictimai əhəmiyyətli qurumlar aşağıdakılardır:

  • kredit təşkilatları;
  • sığortaçılar;
  • təkrarsığortaçılar;
  • investisiya fondları və bu fondların idarəçiləri;
  • qeyri-dövlət (özəl) sosial fondları;
  • qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər;
  • qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər;
  • maliyyə hesabatlarının tərtibi tarixində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatları.

Bir məsələni qeyd edək ki, yuxarıda qeyd edilən vergi ödəyiciləri hətta mikro və kiçik sahibkarlıq subyekti meyarlarına uyğun olsalar da, baş mühasibləri PMS sertifikatına malik olmalıdır.

Siyahıda sual yaradan digər məqam sonuncu olaraq qeyd edilən vergi ödəyiciləri ilə bağlı ola bilər. Bildirmək istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçılardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün MEYAR GÖSTƏRİCİLƏRi təsdiq edilib.

Həmin qərara əsasən meyar göstəriciləri aşağıdakılardan ibarətdir:

  • illik gəliri 200 milyon;
  • Hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər;
  • Balansın yekun məbləği 500 milyon.

Qərarda qeyd edilən meyarlar üzrə ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatlarının baş mühasibləri pms sertifikatına malik olmalıdır.

İctimai əhəmiyyətli qurumların baş mühasibləri hansı növ peşəkar mühasib sertifikatı əldə etməsinə gəlincə isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilən “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması” Qaydalarına əsasən, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı əldə edən şəxslər ictimai əhəmiyyətli qurumlarda baş mühasib vəzifəsində çalışa bilərlər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər