Təklif olunan dəyişikliyə əsasən, "Sosial Sığorta haqqında" AR Qanunun "Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri" adlı 15-ci maddəsinin üçüncü abzası aşağıdakı redaksiyada veriləcək:
faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi.
Qeyd edək ki, qüvvədə olan Qanunun 3-cü abzası aşağıdakı kimidir:
iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr
Açıqlama: Təklif olinan dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən işgüzar xərclərin əvəzinin ödənilməsi məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlirlərə aid edilləcək.
Misal: Vergi ödəyicisi qonaqlar üçün ziyafətlərin təşkili üçün "Dadlı" restoranına 4000 manat vəsait ödəyib. Təklif eidlən dəyişikliyə əsasən, həmin ödənilən vəsaitdən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmasına ehtiyac olmayacaq.
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.