Könüllü açıqlamanın əhatə dairəsi necə genişləndirildi?

Könüllü açıqlamanın əhatə dairəsi necə genişləndirildi?

Satışına start verilən "Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı)" kitabından seçmə

Vergi Məcəlləsində 13.2.49-2-ci maddəsinə edilən dəyişikliyə əsasən, könülü açıqlamanın əhatə dairəsi genişləndirilir. Dəyişiklikə qədər  könüllü açıqlama dedikdə, səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi başa düşülürdü.  
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, “könüllü açıqlama” dedikdə, səyyar vergi yoxlaması və ya üfüqi monitorinq başa çatdıqdan sonra yoxlama (monitorinq) zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi, habelə, səyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq, həmin halların bu Məcəllənin 85.5-ci maddəsində göstərilən 3-illik müddətdən əvvəlki dövrlər üzrə könüllü olaraq bəyan edilməsidir.
Dəyişiklik haqqında məlumat vermədən öncə bildirək ki, könüllü açıqlamanın vergi ödәyicisi üçün üstünlüyü odur ki, bu halda vergi ödәyicisinә hәr hansı maliyyә sanksiyası vә ya penya hesablanmır, vergi ödәyicisi yalnız könüllü açıqlama üzrә müәyyәn edilәn vergi borcunu ödәyir. 
Dəyişiklikləri müqayisə etdikdə belə anlaşılır ki, könüllü açıqlama ilə bağlı iki hal əlavə edilib. Birinci hal ondan ibarətdir ki, üfüqi monitorinq başa çatdıqda sonra da vergi ödəyicisi könülü açıqlama edə bilər. Qeyd edək ki, “üfuqi monitorinq” anlayışı da 1 yanvar 2026-ci il tarixdən Vergi Məcəlləsinə daxil edilib. Bu haqda kitabın növbəti səhifələrində geniş məlumat verəcəyik. 
Mİsal. Vergi orqanı tərəfindən vergi ödəyicisində 2027-ci ildə üfuqi monitorinq həyata keçirilib. Vergi ödəyicisi 2028-ci ildə üfüqi monitorinq həyata keçirilən 2027-ci il üzrə könüllü açılama həyata keçirməsinə icazə verilir. Dəyişikliyə qədər vergi ödəyicisinin yalnız səyyar vergi yoxlaması həyata keçirildikdən sonra könüllü açıqlama həyata keçirilməsinə icazə verilirdi.
İkinci hal isə, Məcəllənin 85.5-ci maddəsində göstərilən 3-illik müddətdən əvvəlki dövrlər üzrə könüllü olaraq bəyan edilməsidir.  Qeyd edək ki,  Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonrakı 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiya məbləğlərinin  qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.
Mİsal. Vergi ödəyicisi 2026-ci ildə 2021-ci il üzrə vergi bəyannaməsi üzrə könüllü açıqlama edə biləcək. Burada diqqət yetiriləsi məqam ondan ibarətdir ki, vergi ödəyicisinə Vergi Məcəlləsinin 85-ci maddəsində qeyd edilən 3-illik müddətdən əvvəlki dövr üzrə könüllü açıqlma üzrə bəyannamə təqdim edilməsinə imkan yaradılır.
Bir məsələni də qeyd etmək lazımdır ki, bəzi hallarda vergi ödəyiciləri mənfəət və ya gəlir vergisi üzrə bəyannamələrdə könüllü açıqlama etməklə yalnız yaranmış vergi öhdəliyini bəyan etməklə kifayətlənmir, eyni zamanda bəyannamənin 1 saylı əlavəsində mövcud olan uyğunsuzluqları da aradan qaldırmaq imkanına malik olurlar.Məsələn, vergi ödəyicisi beş il əvvəl təqdim etdiyi bəyannamədə mülkiyyətində olan hər hansı aktivini bəyan etməmişdirsə, könüllü açıqlama zamanı həmin hesabatda bu kənarlaşmanı da aradan qaldıra bilər.Təbii ki, qeyd edilən hallar üzrə vergi orqanı tərəfindən uyğunsuzluq məktublarının göndərilməsi ehtimalı mövcuddur. Belə hallarda vergi orqanından daxil olan kənarlaşmaya vergi ödəyicisi tərəfindən əsaslandırılmış cavabın təqdim edilməsi zərurəti yarana bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər