Çərşənbə, 26 Yanvar 2022 10:00

Vergi borcuna görə bank hesabına qoyulan sərəncamla bağlı yeni dəyişiklik

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 65.7-1-ci maddəsinə ikinci və üçünçü cümlələri əlavə edilib. İndi isə maddəyə əlavə oluan cümlələri 1 yanvar 2022-ci il tarixdən  tələblərini misallarla izah edək.

Mİsal 1.  10 mart 2022-ci il tarixdə vergi orqanı tərəfindən vergi ödəyicisinin hesabına  200 manat məbləğində vergi borcunun ödənilməsi haqqında sərəncam qoyulub. 15 mart 2022-ci ildə vergi orqanı tərəfindən yeni sərəncam göndərilərək vergi borcunun məbləği 120 manat müəyyən edilib. Göründüyü kimi,  ikinci sərəncam üzrə məbləğ (120 manat) birinci sərəncamdan (200 manat) azdır. Bu zaman kredit təşkilatı xarici valyuta hesabının konvertsasiya edilməsinin başlanma tarixini (10 günlük müddətin hesablanması) 10 mart 2022-ci il hesab edəcək.

Mİsal 2. Vergi orqanı tərəfindən 10 mart 2022-ci il tarixdə vergi ödəyicisinin hesabına 200 manat məbləğində vergi borcununun ödənilməsi haqqında sərəncam qoyulub. 15 mart 2022-ci il tarixdə vergi orqanının göndərdiyi sərəncam 350 manat təşkil edib. Bu halda kredit təşkilatı konvertasiya edilməsi üçün 10 günlük müddətin hesablanmasını aşağıdakı kimi aparacaq:

200 manat vergi borcu üzrə 10 mart 2022-ci il tarixdən;

150 manat (350 manat (ikinci sərəncam üzrə məbləğ) – 200 manat (birinci sərəncam üzrə məbləğ) vergi borcu üzrə 15 mart 2022-ci il tarixdən.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın