Cümə, 21 Yanvar 2022 09:03

İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqdim etməli məlumat forması ilə bağlı 7 VACİB MƏQAM

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

- mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək. İstehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı olaraq təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, dəyişikliklə bağlı dəqiqləşdirilmiş məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etmək (Maddə 16.1.4-2.)

Vergi ödəyicilərinin vəzifələrinə edilən əlavələrin əksəriyyəti yeni məlumat formalarının təqdim edilməsi ilə bağlıdır.

….

İndi isə, 1 yanvar 2022-ci ildən Vergi Məcəlləsinə əlavə olunan maddə ilə bağlı 7 mühüm məqamı diqqətinizə çatdırmaq istəyirik.

Birinci məqam. Məlumat formasının yalnız istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri təqdim etməlidir. Məlumat formasının təqdim edilməsinin son tarixi hər il yanvar ayının 31-dək müəyyən edilib. Qeyd edək ki, məlumat formasına hansı məlumatların daxil edilməsi vergi orqanı ilə istehsal müəssisələri arasında təşkil olunacaq görüşlərdən, müzakirələrdən sonra dəqiqləşəcək.

İkinci məqam. Məlumat forması istehsal fəaliyyəti ilə məşğul olan orta və iri sahibkarlıq subyektləri tərəfindən təqdim olunmalıdır. Çünki Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsi mikro və kiçik sahibkarlıq subyektlərinin qeyd olunan məlumat formasını verməsini istisna edir.

Misal 1.  Mebel istehsalı ilə məşğul olan kiçik sahibkarlıq subyektindən müvafiq məlumatformasının təqdim edilməsi tələb olunmur.

Misal 2.  Həm nəqliyyat xidməti, həm də şüşə istehsalı fəaliyyəti ilə məşğul olan, ümumi dövriyyəsinə əsasən orta sahibkarlıq subyekti hesab edilən vergi ödəyicisi məlumat formasını vergi orqanına təqdim etməyə borcludur.

Üçünçü məqam. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları haqqında müvafiq məlumat formasını vergi orqanına təqdim etməlidir. Bəzi vergi ödəyiciləri hesab edirlər ki, istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfinin normaları ilə yanaşı, onların məbləğləri də məlumat kimi verilməlidir. Ancaq, bu belə deyil. Məlumat formasında hər hansı məbləğin qeyd edilməsi nəzərdə tutulmayacaq.

Misal 1. Qapı-pəncərə istehsalı ilə məşğul olan və orta sahibkarlıq subyekti hesab edilən vergi ödəyicisi bir qapının hazırlanmasına taxta profil, şüşə, rezin, şurub, kley, alüminium profil və s. xammal sərfi haqqında məlumat verəcək.

Bəzi həmkarlarımız hesab edirlər ki, vergi orqanı hər bir istehsal məhsulu üzrə məlumatları tələb edəcək. Fikrimizcə, vergi orqanı istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisindən əsas məhsul üzrə xammal-material sərfini istəyəcək.

Misal 2. Tort məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicisi təqdim etdiyi məlumat formasına 1 kiloqram tortun istehsalına sərf olunan şəkər, un və digər əsas xammalla bağlı məlumatları daxil edəcək. Vergi ödəyicisi şokoladlı və ya çiyələkli tortlar istehsal edirsə, fikrimizcə, sərf olunan çiyələk və s. əlavə məhsul vahidi haqqında məlumat verilməsinə ehtiyac olmayacaq. 

Dördüncü məqam. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri yeni məhsul növü haqqında da məlumat verməlidir. Mümkündür ki, vergi ödəyicisi 2021-ci ildə şəkər istehsalı ilə məşğul olsa da, 2022-ci ildən etibarən həmin məhsul istehsalını dayandıraraq, yalnız düyü istehsalı ilə məşğul olmağa qərar versin. Bu halda artıq şəkər istehsalı haqqında məlumat formasını verməyə ehtiyac olmayacaq.

Beşinci məqam. Yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, o halda vergi ödəyicisi dəqiqləşdirilmiş məlumat formasını təqdim etməyə borcludur.

Altıncı məqam. Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi xammal və material sərfinin mədaxilini izləmək imkanına malik olacaq. Misal üçün, kənd təsərrüfatı avandanlığı olan belin hazırlanması üçün, istehsalçı müəssisə gərək taxta, dəmir, mismar və s. xammalın cəlb edilməsini təsdiq edən mədaxil sənədlərini təqdim etsin.

Nəhayət, yeddinci məqam. Məlumat formasının verilməməsi və ya məlumatların səhv verilməsinə görə maliyyə sanksiyası da nəzərdə tutulub. Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən, bu Məcəllənin 16.1.4-2-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın