Cümə axşamı, 25 Noyabr 2021 12:10

Debitor və kreditor borclar zamanı məzənnə fərqi necə müəyyən edilir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

İkinci məqam odur ki, vergi ödəyicisinin xarici valyuta ilə bağlı debitor və kreditor borcları, həmçinin pul vəsaitləri hesabat dövrünün sonuna yenidən qiymətləndirilir.

Mİsal 1.  Vergi ödəyicisi 29 noyabr 2019-cu il tarixdə 30 000 türk lirəsi məbləğində malları qarşı tərəfə təqdim edib. Qarşı tərəf vergi ödəyicisinə 2019-cu ildə təqdim edilən mallar üzrə hər hansı vəsait ödəməyib. Vergi ödəyicisi 30 dekabr 2019-cu il tarixinə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq debitor borclarının yenidən qiymətləndirilməsini həyata keçirəcək. 29 noyabr 2019 və 31 dekabr 2020-ci il tarixdə Mərkəzi Bankın məzənnələri 0,2951 və 0,2858 olduğundan, məzənnə fərqi  279 manat (8 853 manat (30 000 manat x 0,2951) – 8 574 manat (30 000 manat x 0.2858)) təşkil edib. Vergi ödəyicisinin debitor borcu üzrə 279 manat məzənnə fərqi olduğu üçün bu məbləğ zərər kimi nəzərə alınacaq.

Mİsal 2.  Vergi ödəyicisi qeyri-rezident olan şəxsdən 4 dekabr 2019-cu il tarixdə 2 000 avroluq mal alsa da, 2019-cu ildə həmin malın dəyərini ödəyə bilməyib. Vergi ödəyicisi 30 dekabr 2019-cu ildə kredit borclarını yenidən qiymətləndirir. Bu zaman 4 dekabr və 30 dekabr 2019-cu il tarixlərinə Mərkəzi Bankın məzənnələrinin müvafiq olaraq 1,8828 və 1,9035 olduğu nəzərə alınmalıdır. Vergi ödəyicisinin 4 dekabr 2019-cu il yaranan 3765,60 manat (2 000 avro x 1,8828 məzənnə) kredit borcu 30 dekabr 2019-cu il tarixinə 3807 manat (2 000 avro x 1,9035 məzənnə) təşkil edəcək. Göründyü kimi, vergi ödəyicisinin kreditor borclarında 41,40 manat (3807,00 manat – 3765,60 manat) artım olduğu üçün həmin məbləğ zərər kimi nəzərə alınacaq.

Mİsal 3.  20 dekabr 2019-cu il tarixdə vergi ödəyicisinin hesabına 12 000 rubl vəsait daxil olsa da, 2019-cu ildə bank hesabındakı həmin vəsaitdən istifadə etməyib. 20 dekabr 2019-cu il tarixinə Mərkəzi Bankın məzənnəsinə əsasən, bir rubl 0.0273 manat olduğuna görə həmin vəsait 327,60 manat (12 000 rubl x 0,0273 (20 dekabr 2019-cu il tarixinə məzənnə))  təşkil edəcək. 30 dekabr 2019-cu il tarixinə Mərkəzi Bankın məzənnəsinin 0,0274 olmasını nəzərə alsaq, vəsait 328,80 manat (12 000 rubl x 0.0274 (30 dekabr 2019-cu il tarixinə məzənnə)) təşkil edir. Göründyü kimi, bank hesabının xarici valyutada olan pul vəsaitləri üzrə 1,20 manat (328,8 manat – 327,60 manat) müsbət məzənnə fərqi var.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın