Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Obyektin olmasınin riskli vergi ödəyicisi olmağa hansı təsiri var ? (3-cü yazı)

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 10 Avqust 2020

Obyektin olmasınin riskli vergi ödəyicisi olmağa hansı təsiri var ? (3-cü yazı)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ı təsdiq edilib.

Mks.az saytı olaraq həmin qərarla bağlı araşdırma yazıları təqdim edirik.

Üçüncü araşdırma yazımızın bu bölümündə qaydaların 2.1.3-cü maddəsində qeyd edilən meyarlar haqqında məlumat verəcəyik.

Qaydaların 2.1.3-ci maddəsində qeyd edilir ki,  idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur.

Qaydaların 2.1.3-cü maddəsi sırf vergi ödəyicisinin obyekti ilə bağlı risk meyarlarını müəyyən edir.

Misal 1. Vergi ödəyicisi 300 000 manatlıq məbləğindaə mallar idxal etməsinə baxmayaraq, vergi orqanı müəyyən edir ki, vergi ödəyicisi hər hansı obyektə malik deyil. Bu zaman vergi ödəyicisinin obyektinin olmaması riskli vergi ödəyicisi meyarlarına aid edilməsinə əsas verir.

Misal 2. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin 200 000 manat dəyərində, 1 litrlik meyvə şirələri təqdim etməsinə baxmayaraq,  vergi nəzarəti tədbirləri nəticəsində məlum olub ki, vergi ödəyicisinin anbar kimi təqdim etdiyi obyektinin sahəsi cəmi 50 kvadratmetrdir.  Bu zaman vergi ödəyicisinin riskli vergi ödəyicilərinə şamil olunması ehtimalı var.

Misal 3. Vergi ödəyicisi 180 000 manatlıq malı idxal etməsinə baxmayaraq, sifarişçi olan vergi ödəyicisi ilə bağlanan müqaviləyə əsasən, həmin malları digər sahibkara təqdim edəcək. Vergi ödəyicisinin obyektinin olmaması və ya həcminin az olmasına baxmayaraq, malları idxal edən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmayacaq. Çünki, qaydalarda şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna edilir.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya office@mks.az

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    12 Oktyabr 202609:18

    ƏMAS platformasında əla yenilik: işçilər xitam verilmiş əmək müqavilələri haqqında arayış əldə edə biləcəklər

    08 Oktyabr 202601:13

    ƏMAS Platformasında xitam əmrləri ilə bağlı YENİLİK

    02 Oktyabr 202614:08

    Prezidentdən minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş

    12 Oktyabr 202623:00

    ƏMAS Platformasında məzuniyyət əmrləri ilə bağlı gözlənilən ƏLA YENİLİK!

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    ƏMAS Platformasında məzuniyyət əmrləri ilə bağlı gözlənilən ƏLA YENİLİK!.

    • 12 Oktyabr 2026

    Məqalələr

    ƏMAS platformasında əla yenilik: işçilər xitam verilmiş əmək müqavilələri haqqında arayış əldə edə biləcəklər.

    • 12 Oktyabr 2026

    Kitablar

    "Əməyin uçotu: A-dan Z-yə" V nəşr.

    • 09 Oktyabr 2026

    Kitablar

    “Peşəkar Mühasib Sertifikatı. II mərhələ” kitabının 5-ci təkmilləşdirilmiş nəşri.

    • 09 Oktyabr 2026

    Məqalələr

    ƏMAS Platformasında xitam əmrləri ilə bağlı YENİLİK.

    • 08 Oktyabr 2026

    Məqalələr

    SƏTƏM mütəxəssisi ilə bağlı işçi sayına görə hansı tələblər müəyyən edilib?.

    • 06 Oktyabr 2026

    Təlimlər

    “MKS Academy” tərəfindən 2026-cı ilin sentyabr ayında keçirilmiş təlimlərin iştirakçıları haqqında məlumat.

    • 06 Oktyabr 2026

    Məqalələr

    Əmək müqaviləsinin bağlanması zamanı işə qəbul əmri mütləq tələbdir?.

    • 06 Oktyabr 2026

    Məqalələr

    Hamiləliyə və doğuma görə müavinətin misalla izahı (YENİ QAYDA).

    • 05 Oktyabr 2026

    Sosial

    Prezidentdən minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş.

    • 02 Oktyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotu və növbəli iş rejimində istirahət günü üzrə əməkhaqqı necə hesablanır? (Misallarla izah).

    • 02 Oktyabr 2026

    Məqalələr

    İş ilinin ilk yarısında işçinin staja görə əlavə məzuniyyət hüququ yaranırsa, hesablama necə həyata keçirilir?.

    • 01 Oktyabr 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur