Çərşənbə, 19 Dekabr 2018 10:12

Vergi orqanından yeni dəyişikliklə bağlı izahımızı təsdiq edən cavab

Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə təklif olan dəyişiklərdən biri də, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən malların alınması zamanı verginin tutulmasıdır.  Ötən yazımızda bu haqda geniş məlumat verimişdik və bildirimişdik ki, burda incə məqam odur ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu zamanı ödəmə mənbəyindən vergi tutulmayacaq. 

Saytımızın oxucusu Babayev Bədrəddin bu sualla bağlı vergi orqanlarına müraciət edib.  Vergi orqanı saytımızdakı izahı təsdiqləyəcək formada suala cavab verib. Həmin sual-cavabı Sizə təqdim edirik: 

Sual: Salam. Vergi məcəlləsinə edilmiş dəyişiklikdə, aşağıdakı məzmunda 101.6-cı maddə əlavə edilib: 101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur”. Zəhmət olmasa bu maddəni daha şəffah izahatını verərdiniz.

Babayev B.M., Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. (19.12.2018)

Cavab:  “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Belə ki, yeni dəyişikliyə əsasən vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində məhdudiyyət olmadan nağd qaydada alına bilən mallara görə aparılan ödənişlər növbəti ildən ödəmə mənbəyində vergiyə cəlb olunacaqdır.

Bunlarla yanaşı, vergidən azad olunan gəlirdən, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu zamanı aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulması istisna edilmişdir.

Əsas: Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı

07 yanvar 2019-cu il tarixdən SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 
 
 

Şərh yazın