Çərşənbə axşamı, 06 Fevral 2018 10:59

Əmək haqqından YIĞIM SIĞORTAsına ödənilən məbləğin vergi öhdəliyi

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)
Vergilər Nazirliyi hansı halda vergi güzəştinin tətbiq olunmasına aydınlıq gətirdi
 
Sual: Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində qeyd olunmuşdur ki, “həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır”. Eyni zamanda, 123.4-cü maddədə qeyd olunmuşdur ki, “həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən ödəniş mənbəyindən 10 faiz dərəcəsi ilə vergi tutulur”. 123.4-cü maddəsində qeyd olunan vergi tələbi sığorta müddəti 3 ildən az olan müqavilələrə şamil olunur?
 
İntiqam Seyfulla, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  (04.01.2018)
 
Cavab: Bildiririk ki, həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlir Vergi Məcəlləsinin 99.3.9-cu maddəsi ilə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi müəyyən olunaraq Vergi Məcəlləsinin 123.4-cü maddəsinə əsasən həmin gəlir 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunmalıdır.
 
Vergi Məcəlləsinin 12.2-ci maddəsinə əsasən vergi müəyyən edildikdə, Vergi Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər.
 
Bu baximdan da Vergi Məcəlləsinin 3-cü maddəsində bəyan edilən prinsiplərin təmin olunması məqsədi ilə Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində də uzunmuddətli (3 ildən artıq) müqavilələr üzrə müvafiq güzəştlər nəzərdə tutulmuşdur.
 
---------------------------------------------------------------------------------------------------------
 
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.   
Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır.
Kitabın satış qiyməti 12 (on iki) manatdır.
Oxu 454 dəfə Son redaktə Çərşənbə, 07 Fevral 2018 07:48

Şərh yazın