DİQQƏT! İşəgötürənlər üçün sağlamlıq haqqında tibbi arayış və narkoloji müayinə rəyi ilə bağlı yeni inzibati cərimələr təsdiq edildi
Əmək Məcəlləsinin 48-ci maddəsi – “Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər” – işə qəbul zamanı işçinin işəgötürənə təqdim etməli olduğu sənədləri tənzimləyir.
19 may 2026-cı il tarixli dəyişikliklə 48-ci maddənin 5-3-cü hissəsi yeni redaksiyada verilmiş və müəyyən edilmişdir ki, həmin maddənin 5-ci hissəsinin birinci abzasında nəzərdə tutulan sağlamlıq haqqında tibbi arayış və 5-2-ci hissədə nəzərdə tutulan narkoloji müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbulu qadağandır.
Söhbət aşağıdakı iki sənəddən gedir:
- Sağlamlıq haqqında tibbi arayış – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 yanvar 2000-ci il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan peşə və vəzifələr üzrə tələb olunur.
- Narkoloji müayinə (tibbi yoxlama) haqqında rəy – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2026-cı il tarixli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 192.13-cü və 192.14-cü maddələr məhz bu sənədlərlə bağlı işəgötürənlərin məsuliyyətini müəyyən edir.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.13-cü maddəsinə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə görə narkoloji xəstə hesab edilən şəxslə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və ya vəzifə üzrə əmək müqaviləsinin bağlanmasına və ya həmin əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 192.14-cü maddəsinə əsasən isə, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sağlamlıq haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə işə qəbul edilərkən tələb olunan narkoloji müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində cərimə edilir.
"ƏMAS Platforması: A-dan Z-yə" (4-cü Qrup)
3 dərsdən ibarət praktiki təlim
Təlim tarixləri:
6, 8 və 10 iyul 2026-cı il
"Əmək haqqı: A-dan Z-yə" (3-cü Qrup)
6 dərsdən ibarət praktiki təlim
Təlim tarixləri:
7, 9, 14, 16, 21 və 23 iyul 2026-cı il
Hər iki təlimin vaxtı:
19:00 – 21:00
Qeydiyyat və əlaqə
WhatsApp / Zəng: 055-368-12-72
E-mail: mksacademy2022@gmail.com
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın