Əlaqə

050-368-12-72

Bizə yazın

[email protected]

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    [email protected]

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Anar Bayramovun təqdimatında: Ev satışı zamanı vətəndaşlara edilən güzəştlər

  • Əsas səhifə
  • Vergi işi
  • 0 Komment
  • 09 İyun 2023

Anar Bayramovun təqdimatında: Ev satışı zamanı vətəndaşlara edilən güzəştlər

Artıq ikinci ildir ki, evini satan vətəndaşlara əldə etdikləri gəlirdən vergi ödənişi zamanı müəyyən güzəştlər tətbiq olunur. Həmin güzəştlərlə bağlı qanunvericiliyin tələbini “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.

1 yanvar 2022-ci 11 tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vətəndaş tərəfindən yaşayış sahələri təqdim edildikdə üç güzəşt tətbiq edilir.

Birincisi, evi sökülmüş vətəndaşa gələcəkdə əmlakın təqdim olunması zamanı fərqli yanaşmanın tətbiq edilməsidir.

Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əlavə edilən ikinci hissəyə əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir. Dəyişiklikdə məqsəd odur ki, uzun müddət bir ünvanda qeydiyyatda olan şəxsin evinin sökülməsi nəticəsində yeni ünvanda qeydiyyat tarixinin yenidən başlaması vətəndaşın ziyanına olardı. Çünki Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, vətəndaş tərəfindən daşınmaz əmlakın satılması zamanı güzəşt əldə etmək üçün fiziki şəxs azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olmalıdır.

Misal 1: 10 ildir ki, qeydiyyatda olduğu evin sökülməsi nəticəsində ev sahibinə həmin ərazidə yeni tikilən binada yaşayış sahəsi verilir.

Vətəndaş həmin yaşayış sahəsini 1 ildən sonra satmaq istəsə, o zaman yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayışı təqdim etməlidir.

Maddədə diqqət çəkən məqamlardan biri də, yaşayış sahəsinin sahəsi ilə bağlıdır. Vətəndaşın sökülən evdə yaşayış sahəsi 50 kvadrat metrdirsə, o zaman sökülmüş evinin əvəzində təqdim edilən evin 60 kvadrat metr (50 kvadrat metr (sökülən yaşayış sahəsi) -10 kvadrat metr (sökülən sahənin 20 faizi həcmində artıq sahə)) sahəsi qədər güzəşt tətbiq edilir.

İkincisi, vətəndaşın 3 il qeydiyyatda olmadığı, amma yaşadığı yaşayış sahəsi üzrə güzəştin tətbiq edilməsidir. Vergi Məcəlləsinə əlavə edilən 218-1.1.5.1-1-ci maddəyə əsasən, fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi üzrə güzəşt tətbiq edilir.

Qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, vətəndaş tərəfindən daşınmaz əmlakın satılması zamanı fiziki şəxsin azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda ona güzəşt tətbiq edilir.

Vergi Məcəlləsinə əlavə edilən 218-1.1.5.1-1-ci maddədə isə fiziki şəxs qeydiyyatda olmasa da, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlərə malikdir. Bu halda fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsinin olması şərtinə diqqət yetiriləcək. Əgər hər iki şərt ödənilərsə, o zaman yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi üzrə güzəşt tətbiq olunur.

Misal 2: Vətəndaş 5 ildir yaşadığı evə qeydiyyata düşməyib. Vətəndaş həmin ünvanda yaşadığı dövrdə kommunal xidmətlərlə (elektrik eneriisi, təbii qaz, içməli su və sair) bağlı təqdim edilən bildirişlər üzrə ödənişləri həyata keçirib. Əmlakın satışını həyata keçirdikdə, vətəndaş kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışları təqdim etdiyi halda həmin yaşayış sahələsinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi üzrə güzəşt tətbiq ediləcək. Yaşayış sahəsini təqdim edən vətəndaşın özünün və ya həyat yoldaşının (birgə mülkiyyətdə olan) adına başqa yaşayış sahəsi olduğu müəyyən edilməsi də mümkündür. Bu halda vətəndaşa təqdim edilən vergi güzəşti öz qüvvəsini itirmiş olacaq.

Üçüncü hal isə, vətəndaşın dövlət orqanlarına əvəzsiz olaraq verdiyi əmlaklarla bağlıdır.

Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin tələblərinə əsasən, fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergi tutmağa borcludur.

Vergi Məcəlləsinin 144.1.4-cü maddəsinə edilən əlavəyə əsasən, 1 yanvar 2022-ci ildən vergi ödəyiciləri tərəfindən daşınmaz əmlakın, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına) əvəzsiz olaraq verilməsi onların gəliri hesab edilməyəcək.

O səbəbdən də fiziki şəxslər tərəfindən dövlət qurumlarına əvəzsiz verilən daşınmaz əmlakın təqdim edilməsi istisna hal kimi nəzərə alınacaq. Vergi Məcəlləsinin 150.1.9-cu maddəsində 144.1.4-cü maddəyə istinadın səbəbi də verginin hesablanmasında istisna halının nəzərdə tutulmasıdır.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    01 İyul 202508:35

    MKS Academy yay məzuniyyətində yeni nəşrlər hazırlayacaq

    30 İyun 202508:59

    Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?

    Populyar məqalələr

    13 İyun 202509:16

    BƏD XƏBƏR! Artıq işəgötürənin riyazı səhvi inzibati cərimə tətbiqini istisna etməyəcək (4-cü yazı)

    10 İyun 202509:05

    YENİ İNZİBATİ CƏRİMƏ! Hansı sənədləri təqdim etməyən işəgötürən 2500 manatadək cərimə olunacaq? (1-ci yazı)

    24 İyun 202523:52

    DİQQƏT! DƏMX tərəfindən əmək qanunvericiliyinə dair inzibati cərimənin ELEKTRON protokol qaydasında tətbiq edilməsinə START verilib

    11 İyun 202509:03

    YENİ CƏRİMƏ! İş vaxtının cəmlənmiş uçotu ilə bağlı hansı hal inzibati məsuliyyət yaradacaq (3-cü yazı)

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Sosial

    MKS Academy yay məzuniyyətində yeni nəşrlər hazırlayacaq.

    • 01 İyul 2025

    Məqalələr

    Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?.

    • 30 İyun 2025

    Məqalələr

    İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır? (4 misalla izah).

    • 30 İyun 2025

    Məqalələr

    ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?.

    • 30 İyun 2025

    Məqalələr

    DİQQƏT! DƏMX tərəfindən əmək qanunvericiliyinə dair inzibati cərimənin ELEKTRON protokol qaydasında tətbiq edilməsinə START verilib.

    • 24 İyun 2025

    Məqalələr

    İnsan resursları üzrə mütəxəssis Sehran Əhmədova: "İşə qəbul zamanı şəxsin öncəki iş yerində əmək müqaviləsinə hansı maddə ilə xitam olunmasını görə bilmirik".

    • 24 İyun 2025

    Məqalələr

    Anar Bayramovun təqdimatında: Fərdi sahibkar digər fəaliyyətlə məşğul olduqda güzəşt hüququ necə tənzimlənir?.

    • 24 İyun 2025

    Məqalələr

    Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsi üzrə hansı göstəricilər yoxlanılır?.

    • 24 İyun 2025

    Məqalələr

    Əmək qanunvericiliyinin işçi sayı ilə bağlı hansı tələbi mövcuddur?.

    • 24 İyun 2025

    Məqalələr

    "Mənfəət vergisi" Bəyannaməsinin 1 saylı Əlavəsinin tərtibi zamanı nələrə diqqət yetirilməlidir? (3 VACİB MƏQAM).

    • 23 İyun 2025

    Məqalələr

    "Mənfəət vergisi" bəyannaməsində ezamiyyə xərclərinin nəzərə alınmasında hansı məhdudiyyətlər var?.

    • 21 İyun 2025

    Məqalələr

    Kəmalə Yusifovanın təqdimatında: Yeni işə qəbul olunan işçi ödənişsiz məzuniyyətdən istifadə edə bilərmi?.

    • 17 İyun 2025

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur