Cümə, 04 May 2018 08:11

Natiqlik üzrə beynəlxalq təlimçi Rəşad Bayramov: "İnsanlar dəyişiklikdən niyə qorxur"

Xəbər verdiyimiz ki, bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə 4 may 2018-ci il tarixində Bakıda “Human Capital Forum - 2018”  keçirilir. Mks.az saytının media tərəfdaşı olduğu forumda məlumatları Sizə çatdırmağa çalışacıyıq.

Natiqlik üzrə beynəlxalq təlimçi Rəşad Bayramov "İnsanlar dəyişiklikdən niyə qorxur və bu qorxunu necə dəf etmək olar" mövzusunda təqdimat edib. Təqdimat zamanı Rəşad müəllim "insanlar dəyişiklikdən niyə qorxurlar" sualı üzərində danışıb: "İnsanlar dəyişiklikdən niyə qorxur sualına şırkətlərin timsalında cavab axtarir. İnsanlar dəyişikliyi öz reputasiyasına ləkə kimi görürlər. Demək, mənim bugunədək etdiklərim səhv idi. Rəhbər onu inandırmalıdı ki, vaxtında sənin etdiklərin yaxşı mənada öz işini görüb, artıq yeni tələblərə uyğunlaşmaq, dəyişmək lazımdı."

İşçilərin ixtisar məsələsinə gəlincə isə, Rəşad müəllim bildirib ki,  İxtisara düşən işçilərlə proses şəffaf olmalıdı və tez zamanda həyata keçirilməlidir. 

İnsan kapitalı forumu 2018 favam edir..

Şərh yazın