İşəgötürən əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin təqdim etdiyi sənədin doğruluğunu yoxlaya bilər?

İşəgötürən əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin təqdim etdiyi sənədin doğruluğunu yoxlaya bilər?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

İşәgötürәnin işçinin xәstәlik vәrәqәsini yoxlaya bilib-bilməməsi dә maraqlı mәsәlәdir. Təcrübədə rast gəlinən hallardan biri bəzi sağlam işçilərin müəyyən üsullarla xəstəlik vərəqəsi alaraq işəgötürənə təqdim etməsidir. Mks.az saytı olaraq bu məsələ ilə bağlı aşağıdakı suallarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik: 
- İşəgötürən əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin təqdim etdiyi sənədin doğruluğunu yoxlaya bilər?
- İşəgötürənin komissiya yaradıb əmək qabiliyyətini müvəqqəti itirdiyini iddia edən işçinin ev ünvanına səfər etmək və ya işçinin xəstəliyi ilə bağlı başqa səhiyyə orqanına müraicət edib təkrar müayinə tələb etmək kimi hüquqları var?
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi müavininin imzaldığı 23 avqust 2019-cu il tarixli məktubla suallarımıza aşağıdakı məzmunda cavab verilib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 17-ci hissəsinə əsasən, sığorta haqqı ödəyən uzun müddət və tez-tez xəstələnən şəxslərə baş həkim ayrıca həkim təhkim etməli və bu barədə həmkarlar ittifaqları komitələrini xəbərdar etməlidir. Sığorta edilmiş şəxsə ayrıca həkim təhkim olunması barədə həmkarlar ittifaqları komitələri xəstəni yazılı surətdə xəbərdar etməlidir ki, başqa həkimlər tərəfindən ona verilmiş xəstəlik vərəqələri ödənilməyəcəkdir (müstəsna olaraq həmkarlar ittifaqları komitələrinin xüsusi qərarlarından başqa).”
Xidmət rəsmilərinin cavabda istinad etdiyi qaydaya əsasən, uzun müddət və tez-tez xəstələnlərlə bağlı  prosesə nəzarət işəgötürən yox, baş həkim tərəfindən həyata keçirilir. Qaydalarda işəgötürənin işçinin təkrar müayinə etmək hüququ haqqında hər hansı məlumat verilmir. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər