Cümə axşamı, 12 May 2022 05:05

Əmək haqqı, ezamiyyə və s. xərclərin hesablanmasında hansı səhvlər inzibati xəta hesab edilir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Maddənin tələblərini misallarla izah etmədən öncə bildirək ki,  20 dekabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa əsasən, 192.4-cü maddəyə “məzuniyyət haqlarının” sözlərindən sonra “ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin” sözləri əlavə edilib. Ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin düzgün hesablanmamasına görə inzibati cərimələrin tətbiqi qeyd olunan Qanunun qəbulundan sonra qüvvədədir.

Misalları nəzərdən keçirək.

Mİsal 1. İşəgötürən 500 manat son haqq-hesab hesablayıb, işçi ay ərzində 2 iş günü ödənişsiz məzuniyyətdə olsa da, mühasibatlıq bölməsi kadrlar şöbəsinin təqdim etdiyi səhv məlumat əsasında 3 iş gününü ödənişsiz məzuniyyət kimi nəzərə alıb.

Fikrimizcə, bu halda dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə tətbiq ediləcək. Çünki son haqq-hesabın hesablanmasında səhv riyazi deyil, hər hansı işçinin düzgün məlumat verməməsi səbəbindən baş verib.

Mİsal 2.  İşəgötürən işçiyə təhsil məzuniyyəti hesablayarkən iş günlərini yox, təqvim günlərini əsas götürdüyündən artıq məzuniyyət haqqı hesablayıb. Bu halda işəgötürən tərəfindən işçiyə artıq məbləğ ödənilsə də, onun hüquqi əsası, əmək normasının yaxşılaşdırılması ilə bağlı hər hansı daxili sənəd yoxdur. İşçiyə artıq ödənilmə işəgötürənin səhvi ucbatından baş verib.  Bu səbəbdən də dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə tətbiq edilə bilər.

Mİsal 3.  İşəgötürən iki işçinin məlumatlarını qarışdırdığından hər iki işçiyə səhv əmək haqqı hesablayıb. İşəgötürənin bu cür səhvinə görə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə tətbiq edilə bilər.

Mİsal 4. İşəgötürən Gəncə şəhərinə ezam olunan işçiyə ezamiyyə normasını 65 manatdan hesablayıb. Amma “Ezamiyyə xərclərinin normaları haqqında” Qərara əsasən, Gəncə şəhərinə ezamiyyə xərclərinin 1 günlük norması 70 manat müəyyən edilib.

Vəzifəli şəxsin normativ-hüququ aktları bilməməsi səbəbindən səhv hesablama aparması onu məsuliyyətdən azad etmir. Bu halda da dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə tətbiq edilə bilər.

Sual yarana bilər ki, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində qeyd edilən “riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla” dedikdə, hansı hallar nəzərdə tutulur.

Mİsal. İşəgötürən excel formatında hazırladığı əmək haqqı cədvəlində işçinin vergi güzəşti sütunundakı 100 manatı azaltmaq əvəzinə əlavə edib. Bu halda baş verən səhv riyazı hesablama prosesində yol verilən nöqsan kimi qiymətləndirilir.

Yəni riyazi səhv dedikdə, çıxma, toplama, vurma və bölmə nəticəsində baş verən səhv başa düşülür.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

1 Şərh

  • Şərh bağlantısı huseyn Cümə axşamı, 12 May 2022 10:00 tərəfindən təqdim olunub huseyn

    1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
    2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
    3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
    5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat

    Bu kitablari almaq isteyirik kocurme ile e-qaime ile

Şərh yazın