HR-lar üçün ƏLA YENİLİK! Müddətli əmək müqaviləsi olan işçilərin iş yerinə dair arayış problemi həll olunacaq?
ƏMAS platformasında həyata keçirilən son dəyişikliklər insan resursları (HR) mütəxəssislərinin və işçilərin təcrübədə tez-tez qarşılaşdığı mühüm problemlərdən birinin həllinə dəstək olacaq.
Təcrübədə müddətli əmək müqaviləsi ilə çalışan işçilərin müqavilə müddəti Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq uzadılmış hesab edildiyi halda, ƏMAS platformasında əmək müqaviləsinin əvvəlki bitmə tarixinin qalması müəyyən çətinliklər yaradırdı.
Misal. İşçi ilə 10 yanvar 2026-cı il tarixdən 10 iyul 2026-cı il tarixədək, yəni 6 ay müddətinə əmək müqaviləsi bağlanıb. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müqavilənin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etmədikdə, əmək müqaviləsinin müddəti qanunvericilikdə nəzərdə tutulan qaydada uzadılmış hesab edilir.
Lakin işəgötürən ƏMAS platformasında əmək müqaviləsinin müddəti ilə bağlı ayrıca dəyişiklik etmədikdə, işçinin iş yeri haqqında arayışında müqavilənin bitmə tarixi əvvəlki tarixlə — 10 iyul 2026-cı il kimi əks olunurdu.
Bu isə praktikada müəyyən problemlərə səbəb olurdu. Məsələn, işçi 10 iyul 2026-cı il tarixindən sonra kredit əldə etmək üçün banka və ya digər kredit təşkilatına müraciət etdikdə, arayışda əmək müqaviləsinin bitmə tarixinin keçmiş tarix kimi görünməsi maliyyə təşkilatında əlavə suallar yaradırdı. Bəzi hallarda işçidən əlavə sənəd və ya məlumat tələb olunur, yaxud bu hal kreditin qiymətləndirilməsi prosesinə mənfi təsir göstərə bilirdi.
Nəticədə işçilər HR bölmələrinə müraciət edərək əmək müqaviləsinin bitmə tarixinin sistemdə yenilənməsini istəyirdilər. HR mütəxəssisləri isə sırf iş yeri haqqında arayışda aktual tarix görünsün deyə əmək müqaviləsinin müddəti ilə bağlı ƏMAS platformasında mütəmadi dəyişiklik aparmaq məcburiyyətində qalırdılar. Bu da əlavə inzibati yük yaratmaqla yanaşı, daxili kadr uçotunun aparılmasını çətinləşdirirdi.
Dövlət qurumu qeyd olunan texniki və praktiki çətinliyin aradan qaldırılması istiqamətində iş yeri haqqında arayışın strukturuna yeni məlumat əlavə edib. Belə ki, iş yeri haqqında arayışda “Digər məlumatlar” bölməsi yaradılıb və həmin bölmədə “Müqavilənin statusu” barədə məlumatın əks olunması təmin edilib. Artıq bu hissədə əmək müqaviləsinin cari statusu, o cümlədən “Qüvvədədir” statusu göstərilir.
Oxucularımız üçün dəyişikliyi daha aydın təqdim etmək məqsədilə ƏMAS platformasında dəyişiklikdən əvvəlki və sonrakı iş yeri haqqında arayış nümunələrini təqdim edirik:


Təqdim olunan şəkillərdən də göründüyü kimi, arayışda əmək müqaviləsinin “Qüvvədədir” statusunda olması artıq ayrıca göstərilir.
Bu dəyişiklik xüsusilə müddətli əmək müqavilələri üzrə mühüm əhəmiyyət daşıyır. Çünki arayışda müqavilənin əvvəlki bitmə tarixi görünsə belə, “Müqavilənin statusu” hissəsində onun hazırda qüvvədə olması barədə məlumat əks olunur.
Fikrimizcə, iş yeri haqqında arayışa edilən bu funksional dəyişiklik müddətli əmək müqavilələri ilə bağlı banklar, kredit təşkilatları və digər qurumlarla yaranan anlaşılmazlıqların əhəmiyyətli dərəcədə azalmasına kömək edəcək. Bununla belə, hesab edirik ki, bu dəyişiklik problemi bütün hallarda tam həll etməyə bilər. Səbəb ondan ibarətdir ki, “Qüvvədədir” statusu əmək müqaviləsinin hazırda hüquqi qüvvədə olduğunu təsdiqləsə də, müddətli əmək müqaviləsinin hansı tarixədək qüvvədə olduğunu göstərmir. Məsələn, bank arayışda əmək müqaviləsinin “Qüvvədədir” statusunda olduğunu görsə də, müqavilənin daha 1 ay, 3 ay və ya 6 ay qüvvədə qalacağını müəyyən edə bilməyə bilər.
Bu baxımdan, kredit təşkilatının daxili risk siyasətindən asılı olaraq, müqavilənin qüvvədə olma müddətinin arayışda konkret göstərilməməsi şəxsin kredit müraciətinin qiymətləndirilməsinə mənfi təsir göstərə, bəzi hallarda isə kredit müraciətindən imtinaya səbəb ola bilər.
Təlimlərimizi endirimli qiymətlərlə əldə etmək imkanını qaçırmayın!
Hər il olduğu kimi, MKS Academy kollektivi avqust ayında məzuniyyətdədir. Bu səbəbdən 1–31 avqust 2026-cı il tarixləri ərzində yeni onlayn təlimlər keçirilməyəcək.
Bununla belə, yay istirahəti dövrünü peşəkar inkişaf üçün dəyərləndirmək istəyənlər üçün video təlimlərimizi xüsusi kampaniya qiymətləri ilə təqdim edirik.
Kampaniya çərçivəsində aşağıdakı video təlimləri endirimli qiymətlərlə əldə edə bilərsiniz:
“Əmək qanunvericiliyi: A-dan Z-yə” – 7 dərs
Əvvəlki qiymət: 175 manat
Kampaniya qiyməti: 140 manat
“Əmək haqqı: A-dan Z-yə” – 6 dərs
Əvvəlki qiymət: 150 manat
Kampaniya qiyməti: 120 manat
“ƏMAS Platforması: A-dan Z-yə” – 3 dərs
Əvvəlki qiymət: 80 manat
Kampaniya qiyməti: 60 manat
Video formatın əsas üstünlüklərindən biri təlimləri vaxt məhdudiyyəti olmadan, sizə uyğun vaxtda və tempdə izləmək imkanıdır. Beləliklə, avqust ayı ərzində mövzuları tələsmədən öyrənə, ehtiyac yarandıqda müəyyən hissələrə yenidən baxa bilərsiniz.
Təlim paketinə nələr daxildir?
Təlim iştirakçılarına video dərslərə daimi giriş imkanı təqdim olunur. Bundan əlavə, paketə iştirak haqqında sertifikat, təlim materialları, Excel hesablama cədvəlləri və digər praktiki fayllar, həmçinin əmək qanunvericiliyi üzrə iş prosesində faydalı ola biləcək keçidlər daxildir.
Təlimlər xüsusilə insan resursları, əmək haqqı hesablanması və kadr uçotu sahəsində çalışan mütəxəssislər, mühasiblər, eləcə də əmək qanunvericiliyi və ƏMAS platforması üzrə biliklərini sistemləşdirmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Avqust ayı üçün nəzərdə tutulan kampaniyadan yararlanaraq təlimlərimizi daha sərfəli qiymətlərlə əldə edə bilərsiniz.
Ətraflı məlumat və sifariş üçün:
WhatsApp: 055-368-12-72
MKS Academy – Öyrətmək savab, öyrənmək qazancdır!

Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın