Cümə, 03 Sentyabr 2021 06:53

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası necə tənzimlənir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 73-cü, “Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası” maddəsinin birinci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Maddə ilə bağlı diqqət yetiriləsi dörd əsas məqamı nəzərdən keçirək.

Birincisi, müddətli əmək müqaviləsi 5 ildən artıq davam edərsə, müddətsiz hesab edilir.

Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 

Mİsal. Dövlət və ya özəl sektorda fəaliyyət göstərən işəgötürənlər hər dəfə 1 illik müddətli əmək müqaviləsi bağlayır, bəzən fasiləsiz cəmi müddət 5 ili ötsə də, prosesi hər il eyni qaydada təkrar edilir. Fərdi əmək mübahisələri ilə bağlı məhkəmə sənədlərini təhlil edərkən məlum olur ki, bir çox hallarda işəgötürənlər 5 il müddət məsələsinə diqqət yetirmirlər. Bu səbəbdən də 5 ildən artıq davam edən müddətli əmək müqavilələrinə xitam verilməsi qanunvericiliyə ziddir.

İkincisi, müddətli əmək müqaviləsi bitdikdə, əmək müqaviləsinə xitam verilməlidir.

Mİsal. İşəgötürən işçi ilə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, 1 may  2021-ci il tarixdə 5 aylıq müddətli əmək müqaviləsi imzalayıb. Əmək müqaviləsinin tələblərinə əsasən, 30 sentyabr 2021-ci il tarixi işçinin son iş günü hesab olunur. Artıq işəgötürən işçi ilə son haqq-hesabı 30 sentyabr 2021-cu il tarixdə həyata keçirməli və müvafiq əmr imzalamalıdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın