Burada diqqət yetiriləsi bəzi məqamlar var. Onlara aydınlıq gətirmək istərdik.
Mİsal 1. Vətəndaş evində istifadə etdiyi televizoru vergi ödəyicisinə təqdim edirsə, proses elektron alış aktı ilə rəsmiləşdirilə bilər. Bu halda vergi ödəyicisinin ödəmə mənbəyində vergi hesablamasına ehtiyac qalmır, vətəndaşın vergi uçotuna alınması da tələb olunmur.
Maraqlıdır ki, vergi ödəyicisi vergi ödəyicisinə təqdim edilən əmlakın vətəndaşa aid olması ilə bağlı mülkiyyət sənədi tələb edə bilər. Təcrübədə rast gəlinən halı həmkarlarımızın diqqətinə catdırmaq istəyirik.
Mİsal 2. Vergi ödəyicisi vətəndaşdan iri məbləğdə mebel avandanlığı satın alıb. Vergi orqanı həmin mebel avandanlığının məbləğinin yüksək olmasını əsas götürərərək vətəndaşı vergi uçotuna alıb. Vətəndaş vergi orqanına gedərək həmin mebel avandanlığının evində istifadə olunması ilə şəkilləri təqdim etdikdən sonra, vətəndaşın həmin əməliyyat üzrə vergi uçotuna alınması qərarı ləğv edilib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
1. Vergi uçotu A-dan-Z-yə
2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
3. Əmək Qanunvericiliyi Toplusu 2023
4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022
7. Mühasibat uçotu 2022
8. ƏMAS platforması A-dan - Z-yə 2022