Fərdi sahibkar özünə əmək haqqı hesablaya və sosial sığorta ödənişini gəlirdən çıxa bilər?
Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.
Sual olunur ki, fərdi sahibkarlıqla məşğul olan şəxs özünə əmək haqqı hesablaya bilərmi? Sahibkarlıqla məşğul olan fiziki şəxs həm də işəgötürən olduğundan, özü-özüylə əmək münasibətində ola bilməz. Fiziki şəxs kimi fəaliyyət göstərən sahibkar işçi olmadığı üçün ona əmək haqqı da hesablanıla bilməz. O səbəbdən fərdi sahibkar olan fiziki şəxsə əmək haqqı hesablanılması yanlışdır. Amma “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fərdi sahibkarın fəaliyyət növündən asılı olaraq minimum əmək haqqının müəyyən faizi həcmində aylıq məcburi dövlət sosial sığorta haqqı (sabit məbləğ) gəlirdən çıxılır.
Fərdi sahibkar müvafiq qaydada vergi öhdəliklərini yerinə yetirdikdən və müvafiq rəsmiləşdirmə apardıqdan sonra yerdə qalan məbləği öz şəxsi məqsədləri üçün istifadə etmək hüququna malikdir.
Misal üçün, sadələşdirlmiş vergi ödəyicisi olan Kazımov Elçin vergi öhdəliklərini həyata keçirdikdən sonra, qalan 300 manatı fərdi istehlak kimi öz şəxsi maşınının təmirinə xərcləyib. Onun buna hüququ var. Lakin bu əməliyyat rəsmiləşdirilsə belə, gəlirdən çıxılan xərclərə aid edilmir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın