
Vakansiya! Hüquqşünas işləmək üçün vakansiya elanı
Dəyişikliklərə tez uyğunlaşmaq qabiliyyəti
Şirkətin Adi: Vijn Fond AzərKredit
Vəzifə: Böyük Hüquqşünas
Yüklenib/ Son tarix: 08 noyabr / 24 noyabr
İş yeri: Baku
Contact Email: [email protected]
Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Baş ofisi üçün Böyük Hüquqşünas vəzifəsinə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Cəmiyyətin bütün korporativ sənədlərinin tərtib edilməsində iştirak edir, o cümlədən Cəmiyyətin idarəedilməsi ilə bağlı tələb olunan bütün zəruri qayda , sistem və mexanizmlərin tərtib edilməsində iştirak edir və tələb olunduqda, öz razılığını ifadə edir (sənədlərin müvafiq yerlərində imza etməklə);
Cəmiyyətdə satınalmalar, kadrlar, maliyyə və mühasibatlıq sənədlərini qanunauyğun şəkildə hazırlanmasına və dövriyyəsinə nəzarət edir, hüquqi məsləhətin verilməsini təmin edir və səmərəli təkliflər irəli sürür;
Lazım gəldikdə Cəmiyyətin maraqlarını məhkəmələrdə, digər dövlət, qeyri-dövlət, sosial və özəl təşkilatlarda təmsil etmək;
Kommersiya (məhdud məsuliyyətli, əlavə məsuliyyətli və səhmdar cəmiyyətlərinin ) və qeyri-kommersiya hüquqi şəxslərin (ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları və s.) təsis (yaradılması) edilməsi ilə bağlı zəruri işlər görür;
Cəmiyyətin filial və nümayəndəliklərinin təsis edilməsi, habelə onların dövlət qeydiyyatına alınması ilə bağlı zəruri işlər görür;
Qeydə alınmış filial və nümayəndəliklərin əsasnamələrinin tərtib edilməsi və yuxarı instansiya orqanı tərəfindən təsdiqini təmin edir;
Qeydə alınmış filial və nümayəndəliklərin rəhbərlərinin təyin edilməsinin sənədləşdirilməsi və dövlət qeydiyyatına alınması və onlara həvalə edilən səlahiyyətlərin həddinin müəyyən edilməsi ilə bağlı zəruri işlər görür;
Dövlət orqanları və bələdiyyə idarələri tərəfindən tələb olunan hüquqi sənədləri təqdim edir, geri alır, imzalayır və lazım gəldikdə, dövlət rüsumlarını ödəyir;
Cəmiyyətin və onun törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamə kapitallarının onların iştirakçılarının əlavə payları hesabına artırılmasının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınmasını təmin edir;
Cəmiyyətin və onun törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamə kapitallarının artırılıb, azaldılması ilə bağlı tələb olunan zəruri işlər görür;
Korporativ qiymətli kağızların buraxılışının dövlət qeydiyyatının aparılmasını təmin edir;
Şirkətin və onun törəmə təsərrüfat cəmiyyətlərinin qanunvericiliyə və onun nizamnaməsinə uyğun olaraq idarəetmə modelinin seçilməsində əlverişli hüquqi tövsiyələrin verilməsi və onun təsdiqinin rəsmiləşdirilməsi ilə bağlı zəruri işlər görür;
Seçilmiş və yaxud təyin edilmiş idarəetmə orqanları rəhbərlərinin səlahiyyət müddətlərinin axınına nəzarət edir, yenidən seçilmələri və yaxud təyin edilmələrinin sənədləşdirilməsini təmin edir;
Lazım olduqda Səhmdarların (payçıların, iştirakçıların) ümumi yığıncaqlarının (İllik Ümumi Yığıncaq) keçirilməsi ilə bağlı hüquqi müşayiətin həyata keçirilməsini təmin edir;
• Müşahidə Şurasının iclaslarının üç ayda bir dəfədən az olmamaqla keçirilməsi və həmin iclasların protokollaşdırlması ilə bağlı hüquqi məsləhətlərin verir, protokolların həm kağız, həm də elektron formada uçotunun aparılmasını təmin edir;
Kollegial icra orqanın iclaslarının qanunvericilikdə və yaxud şirkətin nizamnaməsində nəzərdə tutulduğu müddətlərdən gec olmayaraq keçirilməsi və həmin iclasların protokollaşdırılması ilə bağlı zəruri işlər görür;
Cəmiyyətin özünün, habelə onun törəmə təsərrüfat cəmiyyətlərinin xüsusi əhəmiyyətli əqdlərin bağlanmasının tənzimlənməsi məqsədilə hədlərin müəyyən edilməsi sahəsində uyğun hüquqi məsləhətlərin verir;
Cəmiyyətin özünün, habelə onun törəmə təsərrüfat cəmiyyətlərinin əlaqəli şəxsləri ilə əqdlərin bağlanmasına səlahiyyətli yuxarı instansiya orqanın razılığının verilməsini sənədləşdirir;
Cəmiyyətin və yaxud onun törəmə təsərrüfat cəmiyyətlərinin təsis sənədlərinin tərtib edilməsi və onların dövlət qeydiyyatına alınmasını təmin edir;
Cəmiyyətin və yaxud onun törəmə təsərrüfat cəmiyyətlərinin qeydə alınmış faktlarının sonrakı dəyişikliklərinin tərtib edilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı zəruri işlər görür;
Cəmiyyətin törəmə təsərrüfat cəmiyyətlərinin daxili əsasnamələrinin, prosedur və qaydalarının tərtib edilməsi və (və yaxud) onların tətbiq edilməsi ilə bağlı uyğun hüquqi məsləhətlər verir;
Cəmiyyətin və yaxud onun törəmə təsərrüfat cəmiyyətlərinin qəbul edilmiş korporativ sənədlərinin vahid formada icra edilməsinə nəzarət edir;
Cəmiyyətin və yaxud onun törəmə təsərrüfat cəmiyyətlərinin korporativ sənədlərinin reyestrinin aparılması və depozitar saxlanmasını təşkil edir;
Cəmiyyətin və ya onun törəmə cəmiyyətlərinin fəaliyyətinin hüquqi müşayiəti və belə fəaliyyətlərə hüquqi dəstək verilməsi ilə əlaqədar hər hansı digər işləri yerinə yetirir;
Cəmiyyətin törəmə təsərrüfat cəmiyyətlərinin hüquqşünaslarının hesabatlılığını, görüşlərin təşkil edilməsini koordinasiya edir və nəticələrinin uçotunu aparır;
Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi məsləhətin, rəy və arayışların verilməsini təmin edir;
Hüquq Departamentinin direktorunun işin mahiyyətinə uyğun olaraq müvafiq göstərişlərini icra edir.
Tələblər:
Hüquq sahəsində bakalavr təhsili (magistr təhsili arzuolunandır);
Hüquq sahəsində ən azı 2 il iş təcrübəsi;
Bank və ya digər maliyyə təşkilatlarında iş təcrübəsi arzuolunandır;
Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Komandada işləmək bacarığı;
Dəqiqlik və məsuliyyət hissi;
Dəyişikliklərə tez uyğunlaşmaq qabiliyyəti;
Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq qabiliyyəti;
Kompüter biliyi (MS Word, Excel, Powerpoint, Outlook, Internet və s.);
Gərgin iş rejimində işləmək bacarığı.
AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formalarını (CV), hansı ki, namizədlərin bu vəzifəyə olan maraqlarını ifadə edir, dolduraraq 24 noyabr 2013-ci il tarixinədək təqdim etsinlər. AzərKredit-in iş üçün elektron anket forması aşağıda göstərilmiş e-mail vasitəsilə də təqdim oluna bilər.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Böyük Hüquqşünas). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected];
Faks: +99412 597 30 39
Mənbə:azerjobs.com
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. Hal-hazırda satışı bitib və sentyabr ayından yenidən nəşri planlaşdırır.
0 Komment
Şərh yazın