
Vakansiya! Kredit təşkilatında mühasib işləmək ŞANSI
Dövri maliyyə və statistik hesabatları tərtib etmək və müəyyən olunmuş qaydada Baş Ofisə təqdim etməlidir
Şirkətin Adi: Vijn Fond AzərKredit
Job Title: Mühasib
İş yeri: Goychay
Contact Email: [email protected]
Əsas vəzifə və öhdəlikləri:
İdarəetmə sahəsində
Azərbaycan Respublikası Mühasibat Uçotu haqqında Qanununa, Mərkəzi Bankın təlimatlarına, Vergi Məcəlləsinə və təşkilatdaxili proseduralara əsasən filial daxilində maliyyə və mühasibat uçotunu təşkil etmək , planlaşdırmaq, nəzarət və idarə etmək;
Filial meneceri ilə koordinasiyalı olaraq, nağd və qeyri-nağd pul vəsaitlərinin hərəkətinin idarə edilməsi;
Filial meneceri ilə koordinasiyalı olaraq filialın bankda olan vəsaitlərinin idarə olunması və bank əməliyyatlarının aparılmasını təmin etmək;
Filial və onun nümayəndəliklərinin maliyyə və mühasibat uçotunu təşkil etmək, o cümlədən maliyyə təhlili üzrə filialın göstəricilərini hesablamaq, proqnoz və idarəetmə hesabatlarını hazırlamaq;
Filialın tabeçiliyində olan şöbələrin mühasib köməkçiləri tərəfindən təqdim olunmuş hesabatların səhihliyinin yoxlanılması
Dövri maliyyə və statistik hesabatları tərtib etmək və müəyyən olunmuş qaydada Baş Ofisə təqdim etmək;
Daxili proseduralara əsasən gündəlik əməliyyatlarla bağlı maliyyə sənədlərini tərtib və təsdiq etmək;
İlkin və törəmə sənədlərin, elektron məlumat bazaların mühafizəsini, fayllaşmasını və arxivləşdirilməsini daxili prosedur və qaydalara uyğun olaraq həyata keçirilməsi;
Əsas vəsaitlərin və inventarların hərəkəti haqqında hesabatların hazırlanması və əsas vəsaitlər üzrə inventarizasiyanın həyata keçirilməsini təmin etmək;
Daxili qaydalara və proseduralara uyğun olaraq, girov kimi qoyulan qızıl, zinət və digər əşyaların dövriyyəsinin uçotunun təşkili və nəzarət edilməsini təmin etmək;
Nəzarət sahəsində:
Daxili proseduralara əsasən, gündəlik xəzinə kitabına və xəzinə qalığına (xəzinə limiti) nəzarət etmək və yoxlayıb təsdiq etmək;
Gündəlik Maliyyə İnformasiya Sistemi proqramına müştərilər, kreditlər haqqında və digər informasiyanın daxil edilməsi, əməliyyatların qeydiyyatının həyata keçirilməsini və nəzarət olunmasını təmin etmək;
Filialın büdcəsinin hazırlanmasında iştirak və büdcə nəzarətini təmin etmək;
Təsdiq edilmiş büdcə, təsdiq edici sənədlər və təşkilat daxili təlimatların əsasında xərclərin səmərəli və məqsədyönlü istifadə edilməsinə nəzarətin təmin edilməsi;
Digər:
Kredit almaq üçün təsdiq edilmiş (Kredit Komitəsinin Qərarı forması-Loan Committee Summary) müştərilərin siyahısına əsasən Kredit Paylanışı Formasının (Disbursment List) hazırlanması;
Gündəlik kassa sənədləri və daxil olan vəsaitlərin əsasında gündəlik ödəniş cədvəllərinin (Daily Repayment Schedule) hazırlanması;
Gündəlik təsərrüfat əməliyyatının qeydiyyatını və onların mühasibat uçotunun aparılmasını təmin etmək ;
Təsərrüfat xərcləri etmək üçün avans hesablarının açılması ,dövriyyəsi və bağlanması prosesini təşkilatın daxili təlimatlarına uyğun şəkildə yerinə yetirilməsini təmin etmək;
Filialın digər təsərrüfat subyektləri ilə bağlanmış müqaviləliləri üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək;
Filial işçiləri ilə bağlanmış əmək müqavilələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinə və digər qanunvericiliyə əsasən Əmək Haqqının hesablanmasını təmin etmək;
Öz vəzifələrini yerinə yetirilməsi zamanı peşəkar, etik prinsipləri gözləmək, əməliyyatların şəffaflığını və məxfiliyini təmin etmək;
Donor, investor və digər tərəflər üçün hesabatlar hazırlanması və bu hesabatların hazırlanması üçün Baş Ofisi zəruri informasiya ilə təmin etmək;
Təşkilatın maliyyə idarəetməsi ilə bağlı proseduralarının hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
Maliyyə meneceri və Baş mühasib tərəfindən tələb olunan digər vəzifələri yerinə yetirmək;
Lazım gəldikdə filial tabeçiliyində olan nümayəndəliklərin mühasib köməkçisini əvəz etmək;
Təlim və təcrübə ilə bağlı faktiki xərclər barədə İRD-nə hesabat, məlumat vermək;
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
Uçot haqqında qanunvericilik aktlarını, Mühasibat uçotunun təşkili və hesabatların tərtibatını bilmək;
Banklar və bank fəaliyyəti haqqında, mülki, əmək, maliyyə, vergi qanunvericiliyini bilmək;
Kredit təşkilatlarında mühasibat uçotunun təşkili üzrə təlimat və qaydaları, onun aparılması qaydalarını bilmək;
Aparılan hesabları, əməliyyatları və məlumatların daxil edilməsini əsaslandırmaq və balansa almaqla bağlı mühasibat işlərini bilmək;
Pul vəsaitlərinin, əsas vəsaitlərin. əmtəə, maddi və digər qiymətlilərin qəbulu, mədaxili, saxlanması və silinməsi qaydalarını bilmək;
Debitor və kreditorlarla hesablaşmaların aparılması qaydalarını bilmək;
Mühasibat hesabatı və balanslarının tərtib edilməsi qaydaları və müddətlərini bilmək;
“VF AzərKredit”-in daxili prosedur və qaydalarını bilmək;
Müasir ofis qaydalarını və ləvazimatlarından istifadəni bilmək;
Müvafiq sahədə ali təhsil;
Mühasibat sahəsində ən azı 2 il iş təcrübəsi olmalıdır;
Müasir mühasibat İnformasiya Proqramlarından ən azı birini bilməlidir;
Komanda və fərdi şəkildə iş bacarığı olmalıdır;
Müəyyən səviyyədə ingilis dili olmalıdır;
Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işəqəbul anketlərini dolduraraq 15 aprel 2013-ci il tarixinədək aşağıdakı e-ünvana göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Misal üçün: Göyçay ofisinə Mühasib). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Müsabiqədə qalib gəlmiş namizədlər işə sentyabr ayında başlayacaqlar.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]
Faks: +99412 597 30 39
0 Komment
Şərh yazın