Növbəli iş rejimi ilə bağlı praktiki sual

Növbəli iş rejimi ilə bağlı praktiki sual

Sual: 3 növbəli və istirahət günü həftənin hər hansı bir günü olan iş rejimidir.
Tutaq ki, avqust ayı üçün aylıq iş norması 167 saatdır. İşçinin istirahət günü həftəarası günlərin biri olduğu üçün aylıq iş saatı 174 saat olur. Bu zaman normadan artıq olan 7 iş saatının hesablanması necə aparılır?
Öncədən təşəkkür edirəm.

Azər Ağazadə

Cavab : Öncəliklə bildirmək istəyirik ki, Növbəli iş rejimi ilə bağlı açıqlamalar və hesablamalar barədə “Əmək Münasibətləri A-dan Z-yə” kitabında məlumat verilib.
Sualınızla bağlı qısaca bildirmək istərdik ki, iş rejimi müəyənləşdiriləndə gündəlik, həftəlik iş saatı normalarını, həmçinin iş vaxtından artıq iş saatlarının normalarını Əmək Məcəlləsinin tələblərinə əsasən formalaşdırmaq lazımdır.
Ola bilsin ki, həqiqətən də 7 saat əlavə işləmişdir və belə olan halda Əmək Məcəlləsinə görə əlavə saatlara üçün ikiqat əmək haqqı ödənilməlidir. Amma bu zaman əlavə iş saatlarınını axşam, gecə növbəsində olmasına diqqət yetirməliyik. Qanunvericiliyə əsasən, axşam və gecə növbəsi zamanı müvafiq olaraq 20 və 40 faiz əlavə hesablanmalıdır.
Amma bu məsələdə baş vermiş halın tam araşdırıması ehtiyac var. Ola bilsin ki, normal rejimdə bir ayda 7 saat çox , növbəti ayda isə 7 saat az işləmiş olur və illik cəmlənmiş iş saatlarının uçotunu apardıqda ümumi cəm norma ilə eyni olur. Odur ki, ümumi açıqlamalar verildi, amma daha dəqiq cavabı qeyd etdiyiniz halla tam tanış olduqdan sonra bildirmək mümkündür.

 

Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

5 Komment

  1. Reyhan Əliyeva 24 Oktyabr 2018

    Salam sabahniz xeyir Mən Dəmir yolu sahəində işləyən işciyə analıq məzuniyyəti verilməsi ilə bağlı sual vermək istəyirəm,xaiş edirəm əmirin verilməsi ilə bağlı mənə köməklik edəsiniz.

  2. Solmaz 16 Mart 2020

    işçi ilşə ilk dəfə əmək müqaviləsi bağlayanda, işçiyə yeni əmək kitabçası nəyin əsasında açılmalıdır? Yəni işçidən bu vaxta kimi əmək müqaviləsi ilə işləyib-işləməməyi barədə arayış almaq lazımdırmı?

  3. Elçin 28 Fevral 2021

    Salam. Mən Azərsu ASC -nin elektrik yarımstansiyasında növbəli iş rejimi ilə işləyirəm. Növbə ərzində 12 saat işdə oluram. Müqaviləmizdə nahar fasiləsi yazılmayıb, və biz iş yerimizi tərk edib nahara getmirik. (iş yerini tərk etmək olmaz) İndi yeni iş qrafikində 11 saat yazılır. (Gündüz Saat 13-14, gecə 03-04 radələrində nahar fasiləsi qeyd olunub) İş yerini tərk etməyə icazə yoxdursa 1 saat nəyə görə kəsilir??? Bu hal əmək məcəlləsi ilə doğrudurmu ?

  4. Elşad 11 Mart 2021

    Salam evvelceden teşekkür edirem.men bir şirketde sürücü işleyirem 3 simen 12 saat .indi 12 saat 2 simen edirirler 6 iş günü.demey 6 gün gündüz 12 saat 1 gün istirahet 6 günde axşam .bele düzgündümü işlemey qanunda

  5. Ilkin 01 İyun 2021

    Salam. Növbeli iş qrafikinde isden cixdigin gun 2 gun istirahetimdi. Mezuniyyete cixiramsa,men o 2 gunu istirahet edib sonra cixmaliyam yoxsa yoxsa smenden cixan gunden hesablanir mezuniyyet?

Şərh yazın

Xəbərlər