Əvəzetmə ilə bağlı praktiki sualın və əmrin izahı
Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında
Sual: Salam. Xahiş edirəm izah edirəm izah edərək öz fikirlərinizi bildirəsiniz. Belə bir əmrin verilməsi nə qədər düzgündür? Əsas olaraq, özüm ərizə yazaraq vəzifə maaşının azalmasını istəyirəm yazmaq istəmirəm.
Hal-hazırda müqavilənən kargüzar vəzifəsindəyəm və sınaq müddətindən keçmişəm.
Və kadrlar üzrə mütəxəssis vəzifənin icraçısıyam və 3 ay müddəti hələ bitməyib.
Əmək funsiyasının müvəqqəti icrası haqqında
- Rəhbərlik yanında aparatın kadrlar üzrə mütəxəssisi vəzifəsinin vakant olması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən vəzifənin icrası 24 sentyabr 2018-ci il tarixdən müvəqqəti olaraq Rəhbərlik yanında aparatın kargüzarı ------------------------ əmək haqqı ödənilmədən həvalə edilsin.
- ----------------------- 24 sentyabr 2018-ci il tarixdən vəzifə maaşı ştat cədvəlinə müvafiq olmaqla Rəhbərlik yanında aparatın 0,5 ştat vahidi olmaqla kargüzarı vəzifəsini icra etsin.
- Mühasibat uçotu və təsərrüfat şöbəsi (---------) bu əmrin ikinci bəndindən irəli gələn məsələlərin həlli istiqamətində zəruri tədbirlər görsün.
- Rəhbərlik yanında aparatın kargüzarı, kadrlar üzrə mütəxəssis vəzifəsinin icraçısı (---------------------) bu əmrin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.
Əsas: -------------
Cavab: Ümumiyyətlə, işçinin öz istəyi ilə əmək haqqının azaldılmasının istəməsini tam anlamaq olmur. Əmrin formasın ilə bağlı bildirmək istəyriəm ki, əmr tam olaraq başa düşülən formada hazırlanmayıb. Sizə boş olan iş yerinə görə əlavə əmək funksiyaları tapşırıblar, daha doğrusu öz vəzifənizlə eyni vaxtda əlavə vəzifə verilmişdir. Əmrdə olan Əmək Məcəlləsinin 61-ci maddənin ikinci hissəsi düzgündür,amma əmək haqqı ödəmədən həvalə etmək düzgün deyildir. Cünki, Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən, ən azı yarısı ödənilməlidir.
Həmçinin, əmrin ikinci hissəsində qeyd edilir ki, 0.5 ştat vahidi olmaqla əmək haqqı ödənilsin. Fikrimizcə, bu cür əmr forması düzgün hesab edilməz. Əmrdən belə çıxır ki, siz vəzifənizdə qalırsınız və başqa vəzifə verilmişdir. Birinci vəzifədən əmək haqqı almırsınız, amma ikinci həvalə edilmiş vəzifədən isə 50% əmək haqqı alırsınız. Ya sizi əvvəlki vəzifədən yeni vəzifəyə təyin etməlidirlər və onda yeni əmək haqqı təyin edə bilərlər. Amma müvəqqəti əvəz etmədirsə, onda 61-ci maddənin ikinci hissəsinə əsas öz əmək haqqısı + həvalə edilən əmək haqının ən azı 50% ödənilməlidiir.
Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
2 Komment
Yusifov Mübariz 17 İyun 2020
Salam. Şöbədə şöbə rəisi, nüavini və digər işçilər var. Şöbə rəisinin müavini sosial məzuniyyətə gedərkən, onun vəzifəsini başqa bir işçiyə ödənişli formada həvalə etmək olarmı?. əgər olmazsa aydınlıq gətirməyinizi Sizdən xahiş edirəm
firudin həsənov 07 Mart 2021
uşaq bağçasında xidmətçi, dayə, sanitar-dayə, fəhlə və tərbiyəçilər məzuniyyətə buraxildiqda onlarin əvəzinə müvəqqəti olaraq ixtisasa uyğun olaraq kənar şəxsləri qanun əsasında işə götürmək oiarmı, qanun yol vermirsə həmin müəsissədə başqa işçilər bu işin aparilmasinaə raziliq vermirsə nə etməliyəm.
Şərh yazın