Əlavə məzuniyyət cəmlənməsinə dair daha bir maraqlı cavab

Əlavə məzuniyyət cəmlənməsinə dair daha bir maraqlı cavab

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam Altay müəllim, mks.az internet səhifəsi siz və digər əməkdaşların şəxsində əmək qanunvericiliyi ilə bağlı oxucuların maarifləndirilməsi istiqamətində olduca əhəmiyyətli işlər görür. Bunun müqabilində isə böyük oxucu kütləsi tərəfindən sizin şərhləriniz hazır həqiqət kimi qəbul edilib tətbiq olunur.  114,115 və 136-cı maddələrin şərhinə dair Konstitusiya Məhkəməsinin qərarına istinad etməməyiniz və ya qərarı yanlış anlamağınız məni məyus etdi.

Sualım isə belədir: Əmək Məcəlləsinin 113-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. 136-cı maddənin 1-ci hissəsinə əsasən isə bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Bu iki maddə arasında ziddiyət varmı, varsa bu maddələrdən hansı xüsusi, hansı ümumi normadır?

Samir Hüseynov

Cavab: Əvvəlki açıqlamalarımızla bağlı fikirlərinizi bildirdiyinizə görə təşəkkürümüzü bildiririk. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarından xəbərimiz var və həmin sualın cavabında bununla bağlı əlavə məlumatların verilməsini gərəkli hesab etmədiyimizdən ona toxunmamışıq. Çünki fikrimizin əsaslandırılması üçün Əmək Məcəlləsində kifayət qədər müddəalar var.

Bir məsələni də qeyd edək ki, cavabda bir neçə yerdə mexaniki çap səhvi gedib. Belə ki, ilkin olaraq 36 gün əmək məzuniyyəti verilməli olduğu qeyd edilsə də, mətnin davamında “36” əvəzinə “32” kimi çap olunub.

Sualınızın cavabına keçirik. 115-ci və 116-cı maddəyə görə neçə gün məzuniyyət düşür? 115-cı maddədə ağır, zərərli..... iş yerlərinə görə əlavə 6 gün məzuniyyətdən bəhs edilir. Siyahı Nazirlər Kabineti tərəfindən təsdiqlənib, işçi həmin siyahıda olan iş yerində çalışırsa, deməli 6 gün əlavə məzuniyyət düşür. Burada belə bir sual meydana çıxır ki, bu maddədə əlavə ikinci bir məzuniyyət hüquqi necə yaranır? Mənim fikrimcə, bu maddəyə görə ancaq 6 gün məzuniyyət verilməlidir. Həmçinin, 116-cı madədə də analoji haldır. Staja görə işçiyə ya 2 gün, ya 4 gün, ya da 6 gün əlavə məzuniyyət veriləcək. Yəni, bu maddəyə görə işçiyə ancaq bir əlavə məzuniyyət verilə bilər.

Deməli, 115 və 116-cı maddələrə görə ayrılıqda hərəsinə görə bir məzuniyyət düşəcək.Ümumilikdə 115 və 116-cı maddələri nəzərə alsaq cəmi iki məzuniyyət düşür.

İndi isə Konstitusiya Məhkəməsinin qeyd etdiyiniz qərarına baxaq.

Bu maddənin ikinci hissəsinə əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir.

İlk baxışdan belə çıxır ki, sizin qeyd etdiyiniz kimi əsas məzuniyyətə həm 6 gün, həm də 4 gün birləşdirilməlidir. Əslində isə hər maddə üzrə ayrılıqda ən çox olan (birində 4 gün, digərində 6 gün) müəyyənləşməlidir və bundan sonra bir əlavə məzuniyyət kimi (qərarda yazılmayıb ki, ən çox olanı ayrı-ayrılıqda əlavə məzuniyyət kimi) əsas məzuniyyətə birləşdirilməlidir.

Sualınız da çox maraqlıdır. Bəli, 113-cü maddənin ikinci hissəsinə görə qeyd olunmuş əlavə məzuniyyətlər, hətta uşaqlı qadınlara görə verilən əlavə məzuniyyətlər istər birlikdə, istərsə də ayrılıqda verilməlidir. Amma qeyd olunduğu kimi 136-cı maddənin birinci hissəsinə görə isə əsas məzuniyyət ilə birləşdiriləsi əlavə məzuniyyətlərə məhdudiyyət qoyulub. Məhdudiyyətə görə də uşaqlı qadınlara verilən əlavə məzuniyyət burada yoxdur. Buradan görünür ki, bu əlavə məzuniyyət ayrı verilməlidir. Bu maddələr Əmək Məcəlləsinin daxilində olduğundan (xüsusi, ümumi hissədə yerləşməsindən asılı olmayaraq) bu halı maddələr arasında qismən uyğunsuzluq kimi qiymətləndiririk.113-cü maddənin davamı kimi 136-cı maddədə konkretləşdirildiyinə görə, hesab edirik ki, həmin məzuniyyət ayrılıqda verilməlidir. Bir daha qeyd edirik ki, maddə 113-də olan hal maddə 136-da daha da konkretləşdirilib.

 “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər