Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi qanunvericiliklə necə tənzimlənir?

Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi qanunvericiliklə necə tənzimlənir?

Əmək Məcəlləsində əmək məzuniyyətinin başqa vaxta keçirilməsilə bağlı 134-cü maddə var, bunun üçün qaydalar müəyyənləşdirilib. Yuxarıda bildirmişdik ki, əmək məzuniyyətinin verilməməsi yolverilməzdir və həmin maddələrdə bu sərtləşdirilib. Amma buna baxmayaraq bəzi hallarda əmək məzuniyyətini başqa vaxta keçirmək olar. İlk növbədə, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, nə başa düşüldüyünü aydıqlaşdıraq.

Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə əmək məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.

Qeyd edək ki, iş ili və təqvim ili tamam başqa-başqa anlayışlardır. Təqvim ili 01 yanvarda başlayıb 31 dekabrda qurtarır. İş ili isə işçinin işə qəbul olunduğu gün başlayır və növbəti il həmin ayın həmin günü başa çatır. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi hökmən işçi ilə işəgötürənin razılığı əsasında olmalıdır. Yəni işçi və işəgötürən ayrı-ayrılıqda əmək məzuniyyətini başqa vaxta keçirə bilməzlər. Təbii ki, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi tərəflərdən birinin təşəbbüsü ilə olmalıdır.

İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:

a) Əmək qabiliyyəti müvəqqəti itirildikdə;

b) Əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;

c) İşəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə.

İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

0 Komment

    Şərh yazın

    Xəbərlər