Axşam və gecə növbəsində işləyənlərin əmək haqqlarının misalla izahı

Axşam və gecə növbəsində işləyənlərin əmək haqqlarının misalla izahı

Ümumiyyətlə, təşkilat axşam və gecə vaxtlarına təsadüf edən iş rejimində fəaliyyət göstərirsə, demək, müəssisədə növbəli iş rejimi var, istehsalın tələbinə uyğun olaraq işçilər bir neçə növbədə çalışırlar. Əmək Məcəlləsinə əsasən, gecə saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Ancaq əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Təcrübədə bəzən belə bir hala rast gəlirik ki, işəgötürən kateqoriyasından asılı olmayaraq, istənilən işçini gecə vaxtında işləməyə vadar edir və əmək müqaviləsinə məhəl qoymur. Qeyd edək ki, gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə qanunvericilik icazə vermir.
Növbəli iş rejiminə aid bir neçə misala nəzər salaq.
Tutaq ki təşkilat günün 24 saatında tam fəaliyyət göstərməlidir. Bu halda iş rejimi üçnövbəli olmalıdır:
1. Birinci növbə - saat 9.00-dan saat 17.00 -yə kimi
2. İkinci növbə - saat 17.00-dən saat 01.00 –ə kimi
3. Üçüncü növbə- saat 01.00-dən saat 9.00 – a kimi
Birinci növbə gündüz vaxtına düşdüyündən bu nə gecə, nə də axşam növbəsi sayılır.
İkinci növbə saat 17.00-dən gecə saat 01.00-ə kimi olduğundan saat 17.00-dən saat 22.00-yə kimi olan 5 saat axşam, qalan 3 saat isə gecə növ-
bəsi sayılır.

Üçüncü növbənin isə saat 01.00-dən 06.00-ya kimi olan 5 saatı gecə, 06.00-dan 09.00-a kimi olan 3 saatı gündüz növbəsi sayılır.
Tutaq ki, əridicinin aylıq maaşı 300 manatdır. İşçi birinci ay gündüz  növbəsində, ikinci ay ikinci növbədə (22 iş günü * 7 saat = 154 iş saatı),
üçüncü ay isə gecə növbəsində (24 iş günü * 7 saat = 168 iş saatı) işləyib. Hər üç halda onun əməkhaqqının necə hesablandığına baxaq.
Birinci ay işçi gündüz vaxtında çalışdığından əməkhaqqı 300 manat olacaq. İkinci ay işçi axşam və gecə növbəsində çalışdığından ilk növbədə
onun norma ilə bir saatlıq tarifinin nə qədər olduğunu tapmaq lazımdır: 300/154= 1,95 manat. Sonra axşam növbəsində işlədiyi saatlara görə onun
əməkhaqqını hesablamaq lazımdır.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, axşam növbəsində çalışanların əməkhaqqına saatlıq tarif maaşının 20 faizi, gecə növbəsində çalışanlara isə 40 faizi qədər əlavə ödənilir.
İşçiyə ikinci ay axşam növbəsində çalışdığına görə 1,95 * 120% * 4 saat * 22 iş günü = 205,92 manat, gecə işlədiyinə görə isə 1,95 * 140% *
3 saat * 22 iş günü = 180,18 manat əməkhaqqı hesablanmalıdır. Beləliklə, ikinci ay işçinin cəmi əməkhaqqı 205,92 manat + 180,18 manat = 386,10
manat olacaq. Üçüncü ay gecə və gündüz növbəsində çalışan işçinin norma ilə bir saatlıq tarifini tapmaq lazımdır: 300/168 = 1,79 manat. Sonra isə gecə növbəsində çalışdığı saatlara uyğun olaraq işçinin əməkhaqqının məbləğini hesablamalıyıq.
İşçiyə gecə növbəsində çalışdığı üçün üçün 1,79 * 140% * 4 saat * 24 iş günü = 240,58 manat, gündüz növbəsi üçün isə 1,79 * 3 * 24 iş günü = 128,88 manat əməkhaqqı hesablanmalıdır. Beləliklə, üçüncü aylda işçinin cəmi əməkhaqqı 240,58 manat + 128,88 manat = 369,46 manat olacaq.
Bir məqamı qeyd edək ki, axşam və gecə növbəsində çalışanların əməkhaqqılarına əlavələr müvafiq olaraq 20% və 40%-dən az olmamaqla aparılmalıdır. İşçinin daha çox məbləğdə əlavə əməkhaqqı tələb etmək hüququ var, ancaq bu məsələlər əmək müqaviləsində konkret şəkildə hökmən əksini tapmalıdır. İşçi bir növbədən digər növbəyə keçirildikdə, bu, ya işəgötürən tərəfindən təsdiqlənmiş qrafik əsasında aparılmalı, ya da əmək müqaviləsinə əlavə və əmrlə rəsmiləşdirilməlidir.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

2 Komment

  1. Aliyev Elməddin 20 Noyabr 2020

    Salam men Sehiyye işçisiyem işe ancağ gece növbesi çıxa bilerem?

  2. Ariz 17 Noyabr 2021

    Salam. Konkret olaraq axşam növbesinde çalışan işçilerin iş saatları hansı saatlar müddetindedur.

Şərh yazın