Ştat cədvəli ilə bağlı nələri bilməliyik?

Ştat cədvəli ilə bağlı nələri bilməliyik?

Satışı davam edən “A-dan Z-yə:Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Ştat cədvəli özündə müəssisənin strukturu, kadr tərkibi və işçilərin vəzifə maaşları barədə informasiyanı əks etdirən sənəddir. Ştat cədvəli bütün dövlət və kommersiya müəssisələri üçün vacib bir sənəd olsa da, Azərbaycan Respublikasının Əmək Məcəlləsində “ştat cədvəli” anlayışı yoxdur.  Ştat cədvəlinin tərtibi qanunvericilikdə nəzərdə tutulmadığından onun tərtibi proseduru ilə bağlı hər hansı tələb də yoxdur, bu proses işəgötürənin mülahizəsinə əsasən aparılır. Ancaq vakansiya bankının yaradılması ilə bağlı qanunvericilik dəyişikliyindən sonra bu məsələ aktuallaşıb.

Adətən, bu məsələ ilə birbaşa işəgötürən özü məşğul olur. Ştat cədvəlinin hazırlanması ilə bağlı ayrıca əmr verilməsi və bu məsələ ilə bağlı (ştat cədvəlinin tərtibi, təsdiqi və ona dəyişikliklər edilməsi) səlahiyyətli şəxsin müəyyənləşdirilməsi mümkündür. Bəzən də bu funksiya işçinin əmək müqaviləsinin “Əmək funksiyaları” hissəsində əks etdirilir. Bir qayda olaraq kiçik təşkilatlarda ya ştat cədvəlindən istifadə edilmir, ya da onun tərtibi ilə kadrlarla iş şöbəsi və ya mühasibatlıq məşğul olur. Böyük müəssisələrdə bu işi planlaşdırma ilə məşğul olan şöbə və ya əmək haqqı şöbəsi həyata keçirir.

“Ştat cədvəli nə üçün vacibdir” sualına belə cavab vermək olar ki, təşkilatda vahid bir sənəddə mövcud ştatlar, əmək haqqı və tarif dərəcələri kimi faydalı informasiyanın olması rəhbərliyə və kadrlarla iş şöbəsinə əmək mübahisələrindən qaçmaqla, kadr dəyişikliklərini idarə etmək imkanı yaradır. Fikrimizcə, mülkiyyət formasından asılı olmayaraq bütün təşkilatlarda ştat cədvəlinin təsdiqi vacibdir.

Ştat cədvəli təşkilatın rəhbərinin əmri ilə təsdiq olunur. Ola bilər ki, ştat cədvəli təsdiq olunduğu tarixdə deyil, irəli bir tarixdə qüvvəyə minsin. Bu barədə ştat cədvəlinin təsdiqi ilə bağlı əmrdə qeyd olur.

Ştat cədvəli, adətən ilin əvvəlində olmaqla 1 illik təsdiq olunur.

Ştat cədvəlinin nümunəvi formasını növbəti səhifədə təqdim edirik.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər