Əmək müqavilələrin qeydiyyatı zamanı nəzərə alınası vacib məqamlar

Əmək müqavilələrin qeydiyyatı zamanı nəzərə alınası vacib məqamlar

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq”(IV nəşr) kitabından seçmə

Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, ümumiyyətlə əmək müqavilələri ilə bağlı digər sənədlərin qeydiyyat kitablarında və ya elektron şəkildə qeydə alınması işəgötürən qarşısında tələb kimi qoyulub.

Qanunvericilik əmək müqavilələrinin (ona dəyişikliklərin) uçotunun qeydiyyat kitablarında və ya xüsusi komputer proqramlarında aparılmasına hər hansı məhdudiyyət qoymur. Biz qeydiyyatın kağız əsasda aparılmasının üstünlükləri barədə əvvəlki səhifələrdə danışmışdıq. Xüsusi hal kimi baxdıqda əmək müqavilələrinin (ona dəyişikliklərin) kitabda qedyiyyatının aparılmasının da özünəməxsus üstünlükləri var.

Məsələn, əgər müəssisədə müddətli əmək müqaviləsi ilə çalışan işçilər varsa, o halda belə qeydiyyat kitabının aparılması arzuolunandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Əgər işəgötürən müddətli əmək müqaviləsinə xitam verməyi unutsa, o zaman müqavilə həmin müddətə uzadılmış sayılacaq. Ona görə də işəgötürən müddətli əmək müqavilələrinə xitam verilməsi məsələsində diqqətli olmalıdır ki, bunun bir yolu da əmək müqavilələrinin qeydiyyatının kitab vasitəsilə aparılmasıdır. Müddətli və müddətsiz əmək müqavilələrinin (dəyişikliklərin) qeydiyyatının birlikdə vahid kitabda və ya ayrıca aparılması mümkündür.

Əmək müqavilələrinin (ona dəyişikliklərin) qeydiyyatı kitabının təsdiq edilmiş forması olmadığından onu hər bir işəgötürən öz yanaşmasına uyğun şəkildə tərtib edib, apara bilər. Əvvəlcə baxaq, belə qeydiyyat kitabında hansı lazımi informasiyaları əks etdirmək lazımdır.

Əmək müqavilələrinin (ona dəyişikliklərin) qeydiyyatı kitabında cədvəl şəklində aşağıdakı aradıcıllıqla sütunların olması tövsiyə olunur.

- Sıra nömrəsi;

- Əmək müqaviləsinin bağlanması tarixi;

- Əmək müqaviləsinin nömrəsi;

- Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi;

- Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin nömrəsi;

- Əmək müqaviləsinə dəyişiklik haqqında məlumat;

- İşçinin soyadı, adı, atasının adı;

- İşlədiyi şöbə, bölmə;

- İşçinin vəzifəsi;

- Müqavilənin növü (müddətli, nüddətsiz);

- İş yeri (əsas, əlavə);

- İşçinin imzası;

- Qeyd.

Belə kitabın aparılması məqsədindən çıxış edərək iki formadan (elektron və ya kağız) birini seçmək lazımdır. Əgər qeydiyyat kitabının aparılması əmək müqavilələrinin uçotu, mühafizəsi məqsədləri ilə yanaşı, işçinin əmək müqaviləsini və ya ona əlavə razılaşmanı almasının təsdiq edən funksiya daşıyırsa, o zaman belə kitabın elektron yox, kağız əsasda aparılması daha məqsədəuyğundur. Yox, əgər işəgötürən işçinin əmək müqaviləsi (və ya ona əlavəni) alması faktının rəsmiləşdirilməsini planlaşdırmırsa, ən yaxşısı, belə qeydiyyatın elektron aparılmasıdır.

Təbii ki, bölmənin əvvəlində dediyimiz kimi əgər qeydiyyat kitabı kağız əsasında aparılacaqsa, onun aşağıdakı informasiyaları daşıyan üzqabığı olmalıdır: Təşkilatın adı, qeydiyyat kitabının adı, jurnalın aparılmasına başlanılması tarixi, jurnala sonuncu yazılışın aparıldığı tarix.

Vergi orqanı hansı halda vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

 

Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi orqanı öhdəliyini yerinə yetirə bilməyən vergi ödəyicisinin əmlakını siyahıya almaq hüququna malikdir.

Mİsal.  Vergi ödəyicisinin təqdim etdiyi bəyannaməyə əsasən, onun 2000 manat məbləğində vergi borcu yaranıb. Vergi orqanı vergi ödəyicisinə həmin vergi borcunun 5 gün müddətində ödənilməsinə dair bildiriş göndərir.  Vergi ödəyicisi vergi borcunu həmin müddətdə ödəmədiyi halda, vergi orqanı müəyyən edilmiş formaya uyğun olaraq vergi ödəyicisindən aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini tələb edir.

Vergi ödəyicisi aktivləri haqqında məlumatı 10 gün ərzində təqdim etməzsə, o zaman vergi orqanı tərəfindən həmin şəxsə Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, 100 manat məbləğində maliyyə sanksiyası hesablanır.

 

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər