Altıgünlük iş rejimində iş saatlarının aylıq normadan yüksək olması halı necə tənzimlənir?

Altıgünlük iş rejimində iş saatlarının aylıq normadan yüksək olması halı necə tənzimlənir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

2022-ci ilin istehsalat təqvimində hər ay üzrə iş vaxtı norması müəyyən edilib. Əmək Məcəlləsinin 90-cı maddəsinin üçüncü hissəsinə əsasən, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz.

Təcrübədə rast gəlinir ki, işəgötürən altıgünlük iş həftəsində həftəlik normanı - 40 saatı gözləsə də, yekunda iş saatlarının cəmi aylıq iş normadan çox olur. İşəgötürən həmin aylarda aylıq iş normasından çox olan iş saatına görə əlavə əmək haqqı hesablamalıdır?

Suala cavab tapılması üçün 2022-ci il üçün iş vaxtı normasının və istehsalat təqvimində altıgünlük iş həftəsi ilə bağlı qeydləri nəzərdən keçirək: “Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.”

Bildiyimiz kimi, istehsalat təqvimi beşgünlük iş həftəsi norması və Əmək Məcəlləsinin tələbləri əsasında müəyyən edilir. Qeydlərdən göründüyü kimi, istər beşgünlük, istərsə də altıgünük iş həftəsində, həmçinin 12 saatlıq iş vaxtı tətbiq olunan iş vaxtının cəmlənmiş uçotunda işçinin illik iş vaxtı norması 1921 saatı (2022-ci il üzrə) keçməməlidir.

Altıgünlük iş rejiminin tətbiqi nəticəsində işçinin illik iş norması 1921 saatı keçərsə, bu zaman işəgötürən işçiyə əlavə istirahət vaxtları müəyyən etməlidir ki, işçi həmin normanı keçməsin. Altıgünlük iş rejimində işçinin iş saatı illik normadan kənarlaşarsa, o zaman həmin iş vaxtlarına görə iki qat əmək haqqı hesablanmalıdır. Mümkündür ki, işəgötürən həmin normanı illik yox, rüblük dövr əsasında da müəyyən edərək əlavə əmək haqqı hesablanmasını həyata keçirsin. Təbii ki, işçi hər hansı səbəbdən (xəstəlik, ödənişsiz məzuniyyət və s.) tam işləməyibsə, o zaman illik iş vaxtı normasına müvafiq düzəlişlər həyata keçirilməlidir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər