Nazirlikdən təklif: Xidmət müqavilələri də elektron qeydiyyat sisteminə daxil edilsin

Nazirlikdən təklif: Xidmət müqavilələri də elektron qeydiyyat sisteminə daxil edilsin

28-29 aprel 2018-ci il tarixlərində keçirilən, mks.az saytının media tərəfdaşı olan Milli Mühasiblər Forumunun sessiyalarında spikerlərin təqdimat  zamanı səsləndirdiyi maraqlı məqamları təqdim edirik

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, tanınmış ekspert Sahib Məmmədov Forumun sessiyasında “Mülki hüquqi müqavilələr və onların bağlanmasının şərtləri” mövzusunda təqdimat edib. İştirakçıların böyük marağına səbəb olan təqdimat zamanı Sahib müəllim maraqlı məqamlara toxunub: “Xidmət müqaviləsinin sərtləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi

müzakirələr zamanı xidmət müqavilələrin də onlayn qeydiyyat sisteminin yaradılması təklif edilirdi. Bu zaman onlara bir nümünə gətirdim. Tutaq ki, mənim internet televiziya ilə müqaviləm var, ayda bir dəfə yarım saat danışıram, onlar da 50 manat ödəniş edirlər. İndi həmin yarım saaatlıq çıxışa görə mən və ya qarşı tərəf bu müqaviləni qeydiyyata salıb və sonra da çıxartmalıdır?!”

2 Komment

  1. Əhmədov Taleh Hüseyn oğlu 04 May 2018

    Nəzrinizə çatırıram ki,şadlıq evlərində hər toy məclislərində hər dəfə müxtəlif ofisiantlar fəaliyyət göstərirlər.Bir günlük fəaliyyət göstərən ofisiant üçün,məcbur olub bir aylıq əmək müqaviləsi bağlanmalıdır.Buna görə də cox vaxt həmin müqavilələr bağlanılmır və buna görə də böyük məbləğdə cərimə olunurlar.Ona görə də xidməti müqavilələr bağlanmalı,həmin müqavilələr mütləq elektron qeydiyyata salınmalıdır.İnanın ki,əgər bu tətbiq olunarsa heç kim müqaviləni gizlətməz və bunun da müqabilində dövlət büdcəsinə əlavə xeyli miqdarda vəsait daxil olar.Mən bu şərhi çox tələsik yazdım,ancaq buna baxmayaraq,hər zaman bir mütəxəssis kimi fikir bildirməyə hazıram.

  2. Əhmədov Taleh Hüseyn oğlu 04 May 2018

Şərh yazın

Xəbərlər